Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib
İQTİSADİYYAT

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib

KOBİA və Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası arasında keçirilən görüşdə sektorun çətinlikləri və ehtiyacları ilə bağlı sahibkarların fikir və təklifləri dinlənilib, bu sahənin inkişafına və dövlət dəstəyi tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

25 iyun KOBİA-dan verilən məlumatda bildirilir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) üzvləri ilə görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AFRA-nın İdarə Heyətinin sədri, “Novco” MMC-nin təsisçisi Fərid Novruzi və assosiasiyanın üzvləri iştirak ediblər.

Sonra sektorun çətinlikləri və ehtiyacları ilə bağlı sahibkarların fikir və təklifləri dinlənilib, bu sahənin inkişafına və dövlət dəstəyi tədbirlərinə dair müzakirələr aparılıb.

“Respublika”.