Azərbaycan ilə Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
Digər xəbərlər

Azərbaycan ilə Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Oktyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyədə keçirilən "Saha Expo-2022" Müdafiə və Aerokosmik sərgisi çərçivəsində Pakistan İslam Respublikasının Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyası şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hər iki nazir Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılacağını vurğulayıblar.

Daha sonra qarşılıqlı hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin keçirildiyi görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.

Xatırladaq ki, oktyabrın 25-dən 28-dək İstanbulda təşkil edilən "Saha Expo-2022" Müdafiə və Aerokosmik sərgisinə 25-dən çox ölkədən 1000-ə yaxın yerli və xarici şirkətlər qatılıb.

AZƏRTAC