Azərbaycan ən mühüm beynəlxalq müzakirələrin aparıldığı məkana çevrilib
Siyasət

Azərbaycan ən mühüm beynəlxalq müzakirələrin aparıldığı məkana çevrilib

Mayın 3- ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfrans keçirilmişdir.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatiya Avrasiya məkanında yeni formalaşan geosiyasətdə ən əsas amillərdən biridir. Bildiyimiz kimi, bu günlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev birinci xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş torpaqlarımıza, Qarabağa səfər etmişlər. Ölkə başçımız Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən beynəlxalq konfrasda da iştirak etmişdir. Prezident İlham Əliyev may ayının 3- ADA Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda Şuşada keçirilən dördüncü beynəlxalq konfransda çıxış etmiş, beynəlxalq aləmdə baş verən proseslər, ildən-ilə artan çağırışlar, regionumuzdakı təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması haqqında çox geniş ətraflı danışmışdır.

Prezidentimizin səsləndirdiyi fikirlər suallara verdiyi cavablar bir sıra vacib qaranlıq məsələlərə işıq saldı, regionun gələcəyi ilə bağlı aydın baxışlar formalaşdırdı. Möhtərəm Prezidentimiz konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən danışarkən əgər Ermənistan sülh istəmirsə, sülhün olmayacağı fikrini səsləndirərək təkcə rəsmi İrəvana deyil, həm onun havadarlarına çox sərt açıq mesajlar göndərdi. Sülh sazişinin daha çox Ermənistanın marağına xidmət etdiyini xüsusi vurğulayan Azərbaycan Prezidenti qeyd etdi ki, tarix onlara dərs versə , hələ bu dərsdən nəticə çıxarmırlar. Görünür, Ermənistan üçün yeni dərslər lazımdır. Qürurla deməliyik ki, möhtərəm Prezidentimiz regionda baş verən yeni reallıqların formalaşan yeni geosiyasətin bilavasitə müəllifidir bölgədə postmünaqişə mərhələsinin konturlarını müəyyənləşdirən əsas söz sahibidir. Bununla bərabər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatiya hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində öz əksini tapır. Məhz bu mənada, qeyd edə bilərik ki, Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir, həm regional əməkdaşlıq, sabitlik inkişaf üçün təşəbbüslər irəli sürür, digər tərəfdən, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu konkret işləri ilə sübut edir.

Şuşada keçirilən beynəlxalq konfrasda diqqətçəkən məqamlardan biri möhtərəm Prezidentimizin bölgədə Azərbaycan-İran münasibətlərinin hazırkı durumu ilə bağlı suala verdiyi cavab idi. Dövlət başçımız Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyətinin kifayət qədər gərgin olduğunu qeyd etdi rəsmi Tehranın Ermənistanın yanında olduğunu, onu müdafiə etdiyini, hətta işğalçı Ermənistanın ərazi bütövlüyünün İranın qırmızı xətti olduğunu xatırlatdı. Cənab İlham Əliyev Azərbaycan ilə İran arasındakı bu gərgin münasibət fonunda İranda Azərbaycan diplomatik korpusunda həyata keçirilən terror aktının baş verməsinə kəskin münasibətini bildirmiş bu qanlı olayı beynəlxalq hüquq çərçivəsində qəbuledilməz adlandırmışdır. Dövlət başçımız bu cinayət hadisəsinin İranın ali siyasi hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etməklə, Azərbaycan dövlətinin hər zaman qonşularla münasibətlərin normal inkişafına maraqlı olduğunu, İranın isə açıq aydın şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yeritdiyini bildirmişdi. Cənab İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda bir daha bu məsələyə toxunması İranla münasibətlər onun normallaşdırılması məsələsinə Azərbaycanın maraqlı olduğunu göstərir. Bununla bərabər, möhtərəm Prezident son zamanlar İran tərəfindən müəyyən məktubların telefon zənglərinin gəldiyini bunların qismən olsa müsbət proseslər olduğunu qeyd etmişdir. O, bütün bunlara baxmayaraq münasibətlərin gərginləşməsinə gətirib çıxaran səbəblərin İran tərəfindən aradan qaldırılmadığını da diqqətə çatdırmışdır. Rəsmi İranın bu istiqamətdə konkret addım atmaq istəmədiyini hər şey İranın davranışından asılı olduğunu deyən Prezidentimizin bu fikirləri əslində İran tərəfi üçün çox ciddi mesajlardır. Dövlət başçımızın konfransda çıxışında suallara verdiyi cavablarında qırmızı xətlə qeyd etməli olduğumuz qürurverici məqamlardan biri onun bir daha səsləndirdiyi "Azərbaycanla heç kəs güc, hərb təzyiq dili ilə danışa bilməz" mesajlarıdır. Möhtərəm Prezidentimiz bu fikirləri ilə bir daha bəyan etdi ki, Azərbaycanla ancaq qarşılıqlı hörmət faydalı əməkdaşlıq münasibətləri qurmaq mümkündür. Azərbaycan-İran münasibətlərində isə münasibətlərin normallaşması ya əvvəlki səviyyəyə qayıdışı İranın davranışından, atacağı müsbət addımlardan asılıdır. Yekun olaraq Prezidentimizin Qarabağa səfəri, eləcə Şuşada keçirilən beynəlxalq konfransdakı çıxışı suallara cavabı bir daha göstərdi ki, Azərbaycan dövlətinin həyata keçirdiyi diplomatiya Avrasiya məkanında yeni formalaşan geosiyasətdə ən əsas amillərdən biridir.

Nuranə DAXİLQIZI,

"Respublika".