Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Xaçmazda vətəndaşlarla görüşüb
Sosial həyat

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Xaçmazda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov mayın 19-da Xaçmaz  sukanal sahəsinin inzibati binasında Xaçmaz, Şabran digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə şikayətlərinə baxıb.

Qəbuldan öncə sədr Zaur Mikayılov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınmasıyeni subartezian quyularının qazılması, uzun müddət işlənmiş subartezian quyularının təmiri bərpası, şəxsi təsərrüfatlarda olan subartezian quyularının balansa götürülməsi, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması digər məsələlərlə bağlı olub.     

Sakinlər bölgələrdə vətəndaşların qəbulu müraciətlərinə baxılması üçün rahat əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nəriman  CAVADOV,

"Respublika".