AZAL Vyana şəhərinə uçuşlar yerinə yetirməyə başlayır
Digər xəbərlər

AZAL Vyana şəhərinə uçuşlar yerinə yetirməyə başlayır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətlərini sürətlə inkişaf etdirməkdədir. Belə ki, mayın 2-dən etibarən aviaşirkət yeni Bakı-Vyana-Bakı marşrutuna start verir. Marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış olmaq mümkündür. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir. Paytaxt, həmçinin Avropanın mədəni və tarixi mərkəzi hesab olunur.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti.