“Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci i
Fərman

“Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci i

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 608-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 4 iyun tarixli 827 nömrəli Fərmanında (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 430) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “əlilləri” sözü “ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə və “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci hissədə “əlil olmuş” sözləri “həmin əməliyyatlarda iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

2. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 759; 2002, № 12, maddə 728; 2003, № 8, maddə 438, № 9, maddə 472; 2005, № 3, maddə 162, № 5, maddə 399, № 7, maddə 593, № 8, maddə 714; 2006, № 2, maddə 90, № 3, maddə 227; 2007, № 1, maddə 7; 2008, № 5, maddə 373; 2017, № 3, maddə 372; 2020, № 12 (I kitab), maddə 1485; 2021, № 1, maddə 14) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. birinci abzasda “müdafiəsi zamanı əlil olanlara” sözləri “müdafiəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə, “hadisələri zamanı əlil olanlara” sözləri “hadisələrində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə, hər iki halda “əlillərinə” sözü “ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə və “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

2.2. altıncı abzasda “əlillərinə” sözü “nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə, “I və II qrup əlillərə” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə və “əlilləri” sözü “ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 iyul tarixli 303 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 545, № 10, maddə 832) ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində Qələbənin 60 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın 24-cü və 25-ci hissələrinin “Tədbirlər” sütununda “əlillərinin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 608-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 noyabr 2022-ci il