Arutyunyanın istefasının gizli məqamları
Siyasət

Arutyunyanın istefasının gizli məqamları

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların başçısı Araik Arutyunyan istefa verib. O, istefa məktubunu qondarma parlamentə təqdim edib. Xankəndidə qanunsuz rejimin “rəhbər”i bəyanatında qeyd edib: "Müharibədən sonra insanların inamı ölüb, belə olan halda dəyişiklik məndən başlamalıdır. Sson istefa qərarını iki gün əvvəl vermişəm və bu, mənim azad iradəm nəticəsində baş verib". Lakin qondarma rejimin başçısının bu sözləri heç də səmimi deyil. 

Məsələ ilə bağlı siyasi şərhçi Natiq Miri “Respublika”ya verdiyi açıqlamasında bildirib ki, Azərbaycanın Qarabağdakı ermənilərə göndərdiyi humanitar yardım karvanının artıq Əsgəran yaxınlığında olması Araiki narahat edib: "O, regiondaki qüvvələrin altında əziləyəcəyini başa düşdüyü üçün qondarma postundan uzaqlaşıb. Azərbaycanın 40 tonluq humanitar yardımı Ağdam yolu ilə Xankəndinə çatdırması məsələsi Qarabağda olan siyasi qüvvələr arasında fikir ayrılıqlarını gücləndirəcək. Bu da prosesin növbəti dəfə qarşıdurma mərhələsinə çatacağına işarə edir. Yəni separatçıların başçısı Araik Arutyunyanın istefası heç də prosesin səngiməsinə gətirib çıxarmayacaq. Əksinə, deyə bilərik ki, Qarabağdakı separatçılar arasında Azərbaycan dövlətinin maraqlarının əleyhinə mübarizə güclənəcək”. 

Jalə QASIMZADƏ, 

“Respublika”.