Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Anadolu Agentliyi” Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinə istinadən məlumat yayıb.
“Ölkələrimiz arasında kənd təsərrüfatı məhsullarının ticarəti artmaqda davam edir. Bu artım son 10 ili qiymətləndirəndə daha yaxşı görünür”. Türkiyəli nazir İbrahim Yumaklı belə deyib. Nazir, həmçinin imzalanmış memorandumun ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Məlumata görə, sənəd iki ölkənin kənd təsərrüfatı nazirləri İbrahim Yumaqlı və Məcnun Məmmədov arasında Ankarada keçirilən görüşdən sonra imzalanıb.
Qeyd edək ki, Məcnun Məmmədov Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı üzrə İcraiyyə Komitəsinin 11-ci iclasında iştirak etmək üçün Türkiyəyə səfər edib.
Musa BAĞIRLI,
“Respublika”.