Almaniyanın “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü Kristian Radonsdan
Məktublar

Almaniyanın “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü Kristian Radonsdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə "CLAAS Global Sales" Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Qoy Sizin səyləriniz Azərbaycan Respublikasına bundan sonra da rifah, sabitlik və sülh gətirsin! Azərbaycan Qafqazda "CLAAS" şirkəti üçün strateji əhəmiyyət kəsb edir. Biz "CLAAS" qrupu olaraq həmişə öz fəaliyyətimizdə Azərbaycan fermerlərinin şirkətimizin kənd təsərrüfatı texnikası və xidmətlərindən yararlanmalarına və məmnun qalmalarına çalışırıq.

Dərin hörmətlə,

Kristian RADONS,

Almaniyanın "CLAAS Global Sales" Məhdud Məsuliyyətli

Cəmiyyətinin İdarə Heyətinin üzvü.