Almaniyadakı Avropa Türk İslam Birliyinin fəxri sədri, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin sədri Musa Sərdar Çələbidən
Məktublar

Almaniyadakı Avropa Türk İslam Birliyinin fəxri sədri, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin sədri Musa Sərdar Çələbidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Türk dünyasının böyük oğlu, adı ən nüfuzlu tarixi şəxsiyyətlərlə yanaşı çəkilən, həyatı və fəaliyyəti ilə nəsillərə örnək olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük qürur hissi ilə qeyd edirik.

Ümummilli Lider Heydər Əliyev 1990-cı illərin əvvəllərində vətəndaş müharibəsi, parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanı uzaqgörənliyi, müdrikliyi və siyasi liderliyi sayəsində qısa müddətdə sürətli inkişaf yoluna çıxararaq Qafqazın doğan Günəşinə çevirdi. Ulu Öndər Heydər Əliyev “Bir millət, iki dövlət” prinsipini əsas tutaraq Türkiyə ilə münasibətlərin inkişafına daim xüsusi diqqət yetirir, Azərbaycanın reallaşdırdığı layihələrdə Türkiyənin geniş təmsil olunmasına çalışırdı. Məhz bunun nəticəsində Azərbaycan və Türkiyə birlikdə həyata keçirdikləri mühüm layihələrlə bölgədə əməkdaşlığın inkişafında böyük rol oynayırlar.

Qürurverici haldır ki, bu gün Sizin rəhbərliyinizlə Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla əmin addımlarla irəliləyərək böyük uğurlar qazanmaqdadır. Siz İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazanaraq Azərbaycan torpaqlarını işğaldan azad etməklə ata vəsiyyətini yerinə yetirdiniz, eyni zamanda, bütün Türk dünyasına şanlı Zəfər sevincini yaşatdınız, Ulu Öndərin ucaltdığı Bayrağı əzəli torpaqlarda dalğalandırdınız.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək Sizə və ailənizə uzun ömür, cansağlığı, uğurlar arzulayır, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Musa Sərdar Çələbi

Almaniyadakı Avropa Türk İslam Birliyinin fəxri sədri,

Avrasiya Strateji Araşdırmalar Mərkəzinin sədri