Almaniya NATO-nun ikinci ən böyük helikopter donanmasına sahib olacaq
Digər xəbərlər

Almaniya NATO-nun ikinci ən böyük helikopter donanmasına sahib olacaq

Almaniya 60 “Chinooks” helikopteri almaqla NATO-nun ikinci ən böyük helikopter donanmasına sahib olacaq

“Respublika” xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin komandanı İnqo Gerhartz Redaktions Netzwerk Deutschland (RND) media agentliyinə müsahibəsi zamanı deyib.

Gerhartz, 1000 əlavə əsgərlə birlikdə ölkənin şərqindəki Holzdorf/Schoenewalde bazasına 50 helikopterin yerləşdiriləcəyini bildirib.

 İki mühərrikli “Chinooks” helikopteri maksimal sürəti saatda 315 kilometr olan dünyanın ən sürətli helikopteri hesab olunur.

Nurlan ABDALOV,

"Respublika".