28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimi
İQTİSADİYYAT

28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimi

"Əvvəlcə mən pandemiya səbəbindən ikiillik fasilədən sonra Xəzər Neft Qaz Sərgisinin yenidən başlanmasına görə təşkilatçılara təşəkkürümü bildirmək istərdim. Şadam ki, bu gün bütün dünyadan gəlmiş qonaqlarımız buraya toplaşıblar. Ümid edirəm ki, Neft Qaz Sərgisində Bakı Enerji Həftəsində keçiriləcək müzakirələr enerji təhlükəsizliyi enerji ehtiyatlarının şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcək…".

2022-ci il iyunun 1- Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Bu sözləri açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Qlobal tədbirlərə evsahibliyi edən paytaxt Bakıda iyunun 1-dən üç layihəni özündə cəmləşdirən Bakı Enerji Həftəsi tədbirində - 27-ci Beynəlxalq Xəzər Neft Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika Bərpa Olunan Enerji sərgilərini Xəzər Neft Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu keçirilib. Böyük Britaniyanın "ICA Group" şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylor tədbirdə çıxış edərək Bakıda keçirilən sərgilərə davamlı olaraq dəstək verdiyinə görə bu mühüm sənaye tədbirinin açılışında ənənəvi olaraq iştirak etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyevin  tədbirdə iştirak etməsinin bu sənaye sahəsinin region üçün əhəmiyyətini eyni zamanda, həmin sənaye sahəsinin daxilində bu tədbirin əhəmiyyətli olduğunu vurğulayıb.

İlk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994- il mayın 24- keçirilən "Xəzər Neft Qaz" sərgisi bundan sonra ənənəvi hal alıb. Ulu öndərin vasitəçiliyi ilə keçirilən sərginin adı o zaman "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlanırdı. Sonralar isə sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Əlavə olaraq  hər il baş tutan sərgi ilə yanaşı, eyniadlı konfrans da keçirilir. Qeyd edək ki, sərgi konfrans Azərbaycandan Bakıda fəaliyyət göstərən qurumlardan beynəlxalq şirkətlərdən daim dəstək alıb.

Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan "Əsrin müqavilə"si məhz ilk sərginin keçirildiyi ildə bağlanmışdır. "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlı sərgidən sonra Azərbaycanın enerji imkanları, xüsusilə neft sektorundakı potensialı dünyaya tanıdıldı. Bununla da Azərbaycanda neft strategiyasının əsası qoyulmuş oldu.

Xatırladaq ki, keçən il keçirilən sərgi forumda 30 ölkədən 249 şirkət iştirak edib. İştirak edən ölkələr arasında  ABŞ, Almaniya, Azərbaycan, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.

Tədbirə isə hər zaman olduğu kimiAzərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərib. Bakı Ekspo Mərkəzində baş tutmuş sərgidə dünyanın nüfuzlu şirkətləri olan - ACWA Power, BP, Equinor, Masdar, INPEX, Türkiye Petrolleri, Baker Hughes, Microsoft, PASHA Bank, TechnipFMC, Tenaris, TotalEnergies, Uniper, Azeri MI Drilling, AZFEN, Baku Steel Company, Equinor, Caspian Drilling, Caspian Marine Services Limited, Ernst & Young, Global Energy Azerbaijan Management, Tekfen qatılıb.

2022-ci ildə keçirilən forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edib. Bakı Enerji Forumunun proqramına yerli xarici şirkətlərin nümayəndələrinin qarşılıqlı dialoq qurmasına əldə olunacaq əməkdaşlığın bütün aspektlərini ətraflı şəkildə müzakirə etməyə imkan verəcək ikitərəfli işgüzar görüşləri baş tutub. Tədbirdə Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirlərinin, Moldova Serbiyanın baş nazir müavinlərinin, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibinin, ABŞ-ın enerji ehtiyatları bürosunun Avropa komissiyasının nümayəndələrinin, SOCAR, BP, TPAO, "Equinor", "Uniper", "Tenaris", "TotalEnergies", "Masdar", "ACWA Power" digər şirkətlərin rəhbərləri məruzə ilə çıxış ediblər. Keçən ilki sərginin yenilikləri arasında: bərpaolunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma Sazişləri, yaşıl hidrogen ixrac məsələləri yer almışdı. Həmçinin Şirkətlər neft hasilatı enerji daşıyıcılarının nəqli, neft qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi servis xidmətləri sahəsində innovativ texnologiyaları, bununla yanaşı, regionun mövcud gələcək neft-qaz layihələrini bir sıra digər nailiyyətləri nümayiş etdiriblər.

Bu gün Azərbaycan dünyanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan ölkələr sırasında yer alır. Ələlxüsus Avropa baş verən proseslər Qərbin qarşısında yeni çağırışlar qoyub. Bu səbəbdən qitəyə idxal olunan təbii qazın bir ölkədən asılılığını aradan qaldırmaq üçün Avropa İttifaqının Bakıya olan müraciəti müsbət qarşılanmış, dünyanın ən böyük layihələrindən olan Cənub Qaz Dəhlizindən ixrac olan təbii qazın həcminin artırılması haqqında Saziş imzalanmışdır. Həmçinin ölkəmiz Şərqi Avropaya yaşıl enerjinin ixracında yaxın illərdə həyata keçirəcək müqaviləyə imza atmışdır. Bir zamanlar dünyada neft ölkəsi kimi tanınan Azərbaycan hazırda, təbii qazın yaşıl enerjinin ixracatçısına çevrilib ki, bu da dayanıqlı iqtisadiyyatımızın inkişafına mühüm töhfə verir.

Hər il olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-  Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edib. Bu tədbirin ardıcıl olaraq hər il keçirilməsi enerji təhlükəsizliyi enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirir. Bu il keçirilən "Bakı Enerji Həftəsi" ölkəmiz üçün əlamətdar olan ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu nüansa toxunan dövlət başçısı Azərbaycanda enerji üzrə dialoq platformasının sərgi fəaliyyətinin formalaşmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. 31 may-3 iyun tarixlərində davam edəcək sərgidə ölkə başçısı Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgiləri ilə tanış olub.

Musa BAĞIRLI,

"Respublika".