20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlıq işləri sona çatır
Sosial həyat

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlıq işləri sona çatır

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı hazırlıq işləri başa çatır.

Ənənəvi olaraq xiyaban ərazisində qırmızı qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur. Xiyabandakı hər iki məşəldə profilaktika aparılır.