Azərbaycan və ABŞ maliyyə sektorunda innovativ xidmətlərin tənzimlənməsini müzakirə edib
Digər xəbərlər

Azərbaycan və ABŞ maliyyə sektorunda innovativ xidmətlərin tənzimlənməsini müzakirə edib

Azərbaycan və ABŞ arasında maliyyə sektorunda innovativ xidmətlərin tənzimlənməsi müzakirə edilib.

"Respublika" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"ABŞ-a səfər çərçivəsində bu ölkənin Valyuta Nəzarəti İdarəsinin Əməliyyat risk siyasəti üzrə nəzarətçi müavini Kevin Qrinfild ilə məhsuldar bir görüşümüz baş tutdu. Görüşdə banklarda risk əsaslı nəzarət modelinin tətbiqi, innovativ xidmətlərin tənzimlənməsi, nəzarət və tənzimləmə sahəsində müasir texnologiyaların əhəmiyyəti barədə fikir mübadiləsi apardıq", - deyə o, qeyd edib.