Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub
İdman

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

"Respublika" xəbər verir ki, təcrübəli blokçunun formasını geyindiyi “Vasas” finaldakı rəqibi “KNRC” klubunu hər üç oyunda məğlub edib və qızıl medalların sahibi olub.

Yığma üzvü komandasına çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 eys) qazanıb.