UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək
Elm və təhsil

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

UNEC ilə Bakı Dizayn Akademiyası (BDA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə  “Respublika”ya UNEC-dən məlumat verilib. Bildirilib ki, memorandumu UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov və BDA-nın təsisçisi və icraçı direktoru Aysel Gülməmmədova imzalayıb.

Memorandumun məqsədi BDA-nın distribütor olduğu ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətlərinin beynəlxalq təlim və imtahan mərkəzlərinin UNEC-də yaradılması olub.

Əməkdaşlıq memorandumu çərçivəsində UNEC tələbələri “Phyton”, eləcə də digər informasiya texnologiyaları ixtisasları üzrə universitetdə təşkil olunacaq imtahanlarda iştirak edərək beynəlxalq sertifikat ala biləcəklər. Eyni zamanda, “Java”, “HTML”, “Data Analytics”, “Cisco” və digər bir çox brendin, “Microsoft” ixtisaslarının beynəlxalq təlimlərindən yararlanmaq imkanı əldə edəcəklər. Memorandumda Bakı Dizayn Akademiyası və UNEC-in birgə iştirakı ilə müvafiq ixtisaslarla bağlı təlim, seminar, layihə və konfransların da təşkil edilməsi nəzərdə tutulub.