Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri Həsən Mirzəyevdən
Məktublar

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri Həsən Mirzəyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin vətənpərvər şəxsiyyət kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli vəzifələri yüksək səviyyədə icra etməyiniz Vətənə ləyaqətli xidmətin örnəyidir. Siz həmvətənləriniz arasında və xaricdə təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin əsl Lideri kimi böyük nüfuza maliksiniz.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə mürəkkəb geosiyasi şəraitdə genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının artırılması yolunda inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Siz Azərbaycan Respublikasında Heydər Əlirza oğlu Əliyevin islahatçı siyasətinin layiqli davamçısısınız. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. Bir soydaş kimi, tarixi Vətənimlə fəxr edir və onu əziz tuturam.

Qoy enerji, gümrahlıq və ruh yüksəkliyi uzun illər Sizinlə olsun! Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram.

Sizə və yaxınlarınıza, bütün Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

Həsən MİRZƏYEV,

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,

Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri,

Rusiya Vəkillər Gildiyasının prezidenti,

Rusiya Federasiyasının Əməkdar hüquqşünası,

hüquq elmləri doktoru, professor, Rusiyanın fəxri ədliyyə işçisi.