Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı
Digər xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır.

Layihə bu ərazidə torpaq sürüşməsi təhlükəsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı. Mərhələlərlə icra olunan layihə çərçivəsində indiyə qədər 17 kilometr su  və 37 km kanalizasiya xətləri inşa olunub.

Ümumilikdə layihə çərçivəsində 3-cü yaşayış massivində hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarının, 69 km içməli və 68 km su şəbəkələrinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km tullantı su şəbəkələri inşa edilib.