Qarabağın döyünən ürəyi Şuşa
Digər xəbərlər

Qarabağın döyünən ürəyi Şuşa

Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvəllərin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki qələbəsindən üç il ötür. Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən Qarabağın əzəmətli zirvəsi Şuşamız 8 noyabr 2020-ci ildə azad olundu. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına Azərbaycan ordusunun tarix yazdığını və Zəfər xəbərini elan etdi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Vətən müharibəsinin həlledici anı Şuşanın işğaldan azad olunması oldu və Azərbaycana strateji üstünlük verdi. Bunun nəticəsi olaraq Üçtərəfli 10 noyabr Bəyanatını imzalamaqla Ermənistan məğlubiyyəti qəbul etdi. 28 ildən sonra Prezident Şuşada, Cıdır düzündə Novruz tonqalı alovlandırdı və Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində bərpa olundu. Bu abidələr – məscidlərimiz, dini abidələrimiz Heydər Əliyev Fondu tərəfindən bərpa olunur və bütövlükdə Şuşada bərpa-quruculuq işləri böyük vüsət alıb.

Fərid Mustafayev,

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini.