Qırğızıstanda daşqın baş verib - evlər su altında qalıb
Dünya xəbərləri

Qırğızıstanda daşqın baş verib - evlər su altında qalıb

Qırğızıstanın İssık-Kul bölgəsində leysan yağışların səbəb olduğu seldə 3 kənddə 92 evi su basıb.

“Respublika” Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən yayılan məlumata əsasən xəbər verir ki, daşqınların vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlərin aparıldığı bildirilib.

Ölən və yaralananlar barədə məlumat hələ ki, verilməsə də, sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən kəndin küçələrinin çaya çevrildiyi, evlərin sular altında qaldığı aydın formada görünür.

Töhfə SƏMƏDOVA,

"Respublika".