Türkiyədə dünən gecə ardıcıl zəlzələlər baş verib.
“Respublika” AFAD-a istinadən xəbər verir ki, Konya Səlcuqluda 5,0 bal gücündə baş verən zəlzələdən sonra saat 18:36-da İzmirin Buca rayonunda 3,9 bal, daha sonra isə Ərzurumun Nərman rayonunda saat 21:37-də 4,1 bal gücündə zəlzələ baş verib.
Türkiyənin AFAD təşkilatı tərəfindən verilən açıqlamada bildirilir ki, zəlzələ 9,56 kilometr dərinlikdə olub.
Töhfə SƏMƏDOVA,
“Respublika”.