“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830; 2021, № 6 (I kitab), maddə 558, № 8, maddə 896, № 11, maddə 1206, № 12, maddələr 1298, 1320; 2023, № 1, maddə 41, № 2, maddə 165) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulada “sisteminin” sözü “bazarının” sözü ilə əvəz edilsin;

1.2. 1-ci maddə üzrə:

1.2.1. 1.1.9-cu maddə ləğv edilsin;

1.2.2. aşağıdakı məzmunda 1.1.9-1-ci, 1.1.9-2-ci və 1.1.40-1-ci maddələr əlavə edilsin:

“1.1.9-1. müstəqil ekspert fəaliyyəti – sığorta predmeti ilə bağlı sığorta risklərinin, sığorta hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və (və ya) sığorta hadisəsinin araşdırılması üzrə həyata keçirilən fəaliyyət;

1.1.9-2. müstəqil ekspert – müstəqil ekspert fəaliyyətini həyata keçirən fiziki və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxs;”;

“1.1.40-1. məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz;”;

1.2.3. 1.1.12-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;

1.2.4. 1.1.28-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.2.5. 1.1.40-cı maddədə “20” rəqəmləri “10” rəqəmləri ilə əvəz edilsin;

1.2.6. aşağıdakı məzmunda 1.1.41.4-cü maddə əlavə edilsin:

“1.1.41.4. bu Qanunun 1.1.41-1.1.43-cü maddələrində müəyyən edilmiş tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsinin olmaması;”;

1.2.7. 1.1.43-cü maddədə “və pensiya fondları” sözləri “, pensiya fondları, həmçinin maliyyə bazarlarının tənzimləməsi və nəzarəti sahəsi” sözləri ilə əvəz edilsin;

1.3. 2-ci maddə üzrə:

1.3.1. 2.1-ci maddəyə “Mülki Məcəlləsindən,” sözlərindən sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin;

1.3.2. 2.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, həmin maddəyə “Mülki Məcəlləsində,” sözlərindən sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda,” sözləri əlavə edilsin və həmin maddədən “, həmçinin sığortaçılar və sığorta vasitəçiləri üçün normativləri müəyyən etmək” sözləri çıxarılsın;

1.4. 3.1-ci, 7.2-ci, 16.2-ci, 16.5-ci maddələrdə, 17.1-ci maddənin üçüncü cümləsində, 17-1.2-ci, 20.1-ci maddələrdə, 23.1-ci maddənin birinci abzasında, 35.3-cü, 42.1-ci, 43.1-ci maddələrdə, 43.4-cü maddənin birinci abzasında, 45.1 – 45.4-cü, 47-ci maddələrdə, 48.1-ci maddənin birinci abzasında, 49-cu maddədə, 50.1-ci maddənin birinci abzasında, 51.1-ci, 51.2-ci, 51.4-cü maddələrdə, 51.5-ci maddənin birinci və ikinci cümlələrində, 51.7-ci maddədə, 52.1-ci maddənin birinci abzasında, 52.1.4-cü, 52.1.5-ci, 53.3-cü, 53.4-cü maddələrdə, 54.1-ci maddənin birinci abzasında, 54.2.3-cü, 54.4-cü, 55.1-ci, 55.3-cü, 55.4-cü maddələrdə, 56.1-ci maddənin birinci abzasında, 56.1.4-cü, 60.1-ci, 62.2-ci, 66.1-ci, 66.3-cü, 66.4-cü, 72.1-ci maddələrdə, 72.6-cı maddənin birinci abzasında, 73.1-ci maddənin ikinci cümləsində, 73.3-cü maddənin birinci və ikinci cümlələrində, 73.4-cü, 73.6-cı, 73.7-ci maddələrdə, 76-cı maddənin adında və mətnində, 77.3-cü, 77.5-ci, 77.7-ci maddələrdə, 79.2-ci, 79.3-cü, 80.1-ci, 81-2.2-ci, 81-3.1-ci, 81-3.4-cü, 81-3.6-cı maddələrdə, 81-4.2-ci maddənin birinci abzasında, 81-4.4-cü maddədə, 81-5.2-ci maddənin birinci abzasında, 81-5.2.3-cü, 85.1-ci, 85.2-ci maddələrdə, 86.2-ci maddənin birinci və ikinci cümlələrində, 96-1.1.1-ci (hər iki halda), 96-1.1.2-ci (hər iki halda), 96-2.1-ci, 96-2.2-ci maddələrdə, 96-3.1-ci maddənin birinci abzasında, 96-3.2-ci maddədə, 96-4.1-ci maddənin birinci abzasında, 96-4.4-cü maddədə, 96-5.1-ci maddənin birinci cümləsində, 96-5.2-ci maddənin ikinci cümləsində, 96-5.3-cü, 96-5.5-ci maddələrdə, 96-5.8-ci maddənin birinci cümləsində (hər iki halda), 96-6.3-cü maddənin birinci cümləsində, 96-6.6-cı, 96-7.3-cü, 96-8.1-ci maddələrdə, 96-9.1-ci maddənin birinci abzasında, 96-9.1.1-96-9.1.3-cü, 96-9.2-ci, 96-9.3-cü maddələrdə, 103-cü maddənin adında, 103.1-ci maddənin birinci abzasında, 105.1-ci və 106.1-ci maddələrin birinci abzaslarında, 110.1.3-cü, 110.1.4-cü, 111.1 – 111.3-cü, 112.1.2-ci, 114.1-ci, 114.2-ci, 116.1-ci, 116.4-cü, 117.2-ci, 117.3-cü maddələrdə, 118.2-ci maddənin ikinci cümləsində, 118.3-cü, 120.2-ci maddələrdə, 122.1-ci maddənin ikinci cümləsində, 123.2-ci, 126.2-ci, 127.3-cü və 130-cu maddələrdə mətn üzrə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.5. 4-cü maddə üzrə:

1.5.1. 4.1-ci maddədə “və “sığorta agenti” sözləri “, “sığorta agenti” və “sığorta üzrə müstəqil ekspert” sözləri ilə əvəz edilsin;

1.5.2. 4.2-ci və 4.3-cü maddələrdə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.6. 5-ci maddə üzrə:

1.6.1. adında “sistemi və sığorta bazarının” sözləri “bazarı və onun” sözləri ilə əvəz edilsin;

1.6.2. 5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5.1. Sığorta bazarı sığorta bazarının peşəkar və digər iştirakçılarından ibarətdir.”;

1.7. 6.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.2.5. sığorta sektorunda nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı Mərkəzi Banka;”;

1.8. 9.10-cu, 16.3-cü, 34.1.4-cü, 55.2-ci, 55.5-ci, 96-2.5-ci, 96-6.8-ci və 129-cu maddələrdə “maliyyə bazarlarına nəzarət orqanı ilə” sözləri “Mərkəzi Bankla” sözləri ilə əvəz edilsin;

1.9. 10-cu maddə üzrə:

1.9.1. 10.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Təkrarsığorta zamanı sığorta risklərinin tənzimlənməsi məqsədilə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.”;

1.9.2. 10.6-cı maddənin birinci cümləsində “bu Qanunun tələblərinə cavab verən, həmçinin bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş” sözləri “Mərkəzi Bankın müəyyən etdiyi hədlərdə və tələblərə cavab verən” sözləri ilə əvəz edilsin;

1.9.3. 10.7-ci maddədə və 10.11-ci maddənin ikinci cümləsində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.10. 19-cu maddə üzrə:

1.10.1. 19.1.2-ci maddədə “vətəndaş qüsursuzluğu” sözləri “məqbul və lazımi keyfiyyətlərə malik olması” sözləri ilə əvəz edilsin;

1.10.2. 19.2.2-ci maddədə “vətəndaş qüsursuzluğu” sözləri “məqbul və lazımi keyfiyyətlərə malik olması” sözləri ilə əvəz edilsin və həmin maddəyə “reytinqə” sözündən sonra “, habelə icra orqanının rəhbər işçilərinin məqbul və lazımi keyfiyyətlərə” sözləri əlavə edilsin;

1.10.3. aşağıdakı məzmunda 19.4-cü maddə əlavə edilsin:

“19.4. Sığortaçının benefisiar mülkiyyətçisi məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.”;

1.11. 21-ci maddə üzrə:

1.11.1. 21.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.11.2. aşağıdakı məzmunda 21.1-1-ci maddə əlavə edilsin:

“21.1-1. Mühüm iştirak pay sahibi mövcud payını artıraraq səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə və 33 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını mühüm iştirak payı ilə bağlı bu Qanunun 22-ci maddəsinin tələbləri nəzərə alınmaqla Mərkəzi Bankın razılığı ilə əldə edə bilər.”;

1.11.3. 21.2-ci maddədə “mühüm” sözü “müvafiq” sözü ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.11.4. aşağıdakı məzmunda 21.3-cü maddə əlavə edilsin:

“21.3. Mərkəzi Bank aşağıdakı halları aşkar etdikdə sığortaçının nizamnamə kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya sığortaçı tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edir:

21.3.1. fiziki şəxs və ya hüquqi şəxsin icra orqanlarının rəhbər işçilərindən hər hansı biri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

21.3.2. sığortaçının maliyyə sağlamlığına və ya onun etibarlı və prudensial idarə olunmasına təhlükə törədə bilən dərəcədə sığortaçıya təsir göstərildikdə;

21.3.3. xarici sığortaçının və ya bu Qanunun 20.1-2-ci maddəsində müəyyən edilmiş xarici institusional investorun əsas fəaliyyətini həyata keçirməyə hüquq verən rəsmi sənəd (lisenziya, icazə və s.) ləğv edildikdə.”;

1.12. 22-ci maddə üzrə:

1.12.1. 22.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“22.1. Sığortaçıda mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxs Mərkəzi Bankdan razılıq almaq üçün bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədləri, həmçinin aşağıdakı sənədləri əlavə etməklə Mərkəzi Banka yazılı müraciət etməlidir:

22.1.1. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək istəyən fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, iş yerini (məşğuliyyət növünü) göstərən sənəd və məlumatlar (olduqda), habelə mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənəd və məlumatları, xarici fiziki şəxsə münasibətdə isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;

22.1.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək istəyən hüquqi şəxs olduqda dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti, son üç maliyyə ili üzrə, üç ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və müstəqil auditorun rəyini əks etdirən müvafiq sənədlər, mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında sənəd və məlumatlar, xarici hüquqi şəxsə münasibətdə isə həmçinin icra orqanının rəhbər işçilərinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.”;

1.12.2. 22.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “20 təqvim” sözləri “15 iş” sözləri ilə əvəz edilsin;

1.12.3. 22.3-cü və 22.4-cü maddələr ləğv edilsin;

1.12.4. 22.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“22.5. Müraciət edən bu Qanunun tələblərinə cavab verdikdə Mərkəzi Bank onun mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmasına razılıq verilməsi barədə qərar qəbul edir. Müraciət edən bu Qanunun tələblərinə cavab vermədikdə, habelə aşağıdakı hallarda Mərkəzi Bank razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış qərar qəbul edir:

22.5.1. mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxslər (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbər işçiləri) məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

22.5.2. mühüm iştirak payı sahiblərinin və əhəmiyyətli nəzarətə malik şəxslərin və onların benefisiar mülkiyyətçilərinin sığortaçıya təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;

22.5.3. mühüm iştirak payının və əhəmiyyətli nəzarətin əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda;

22.5.4. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda.”;

1.12.5. 22.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.12.6. 22.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” və “bu orqanın” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.13. 23.2-ci, 31.3-cü, 53.2-ci, 57 – 59-cu, 96-cı, 98 – 101-ci və 133.3-cü maddələr ləğv edilsin;

1.14. 24.1-ci maddəyə “payını” sözündən sonra “və ya bu Qanunun 21.1-1-ci maddəsində göstərilən iştirak paylarını” sözləri əlavə edilsin;

1.15. 25-ci maddə üzrə:

1.15.1. 25.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“25.2.4. daxili audit siyasətinin və strategiyasının hazırlanmasını, həyata keçirilməsini və auditor nəzarətini təşkil edən Audit Komitəsi.”;

1.15.2. aşağıdakı məzmunda 25.3-cü maddə əlavə edilsin:

“25.3. Sığortaçılar Mərkəzi Bankın müəyyən etdiyi korporativ idarəetmə standartlarına riayət etməlidirlər.”;

1.16. 26.1.8-ci maddədə “, İdarə Heyətinin və Təftiş Komissiyasının” sözləri “və İdarə Heyətinin” sözləri ilə əvəz edilsin;

1.17. 26.1.9-cu, 26.1.12-ci maddələrdə, 33-cü maddənin adında, 33.1-ci maddənin birinci abzasında, 34-cü maddənin adında, 34.1-ci maddənin birinci abzasında, 35.1-ci maddənin ikinci cümləsində və 35.2-ci maddədə ismin müvafiq hallarında “Təftiş Komissiyası” sözləri ismin müvafiq hallarında “Audit Komitəsi” sözləri ilə əvəz edilsin;

1.18. 27.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“27.3. Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə səhmlərin ən azı on faizinə malik olan səhmdarların, İdarə Heyətinin və Audit Komitəsinin tələbi ilə Direktorlar Şurası tərəfindən çağırılır.”;

1.19. 28-ci maddə üzrə:

1.19.1. 28.4-cü maddənin ikinci cümləsinə “orqanında” sözündən sonra “(Audit Komitəsi istisna olmaqla)” sözləri əlavə edilsin;

1.19.2. 28.5.1-ci maddədə “hissəsi eyni səhmdarlara məxsus olduğu hallar istisna olmaqla,” sözləri “hissəsinin eyni səhmdarlara məxsus olduğu hallarda, həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçının Direktorlar Şurası üzvünün yalnız qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən həmin sığortaçılardan birində, qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçının Direktorlar Şurası üzvünün isə yalnız həyat sığortası sahəsində fəaliyyət göstərən həmin sığortaçılardan birində Direktorlar Şurasının üzvü olması istisna olmaqla, digər” sözləri ilə əvəz edilsin;

1.19.3. 28.5.2-ci maddəyə “üç” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunduqda beş)” sözləri əlavə edilsin;

1.20. 29-cu maddə üzrə:

1.20.1. 29.1.1-ci maddəyə “İdarə Heyətindən” sözlərindən sonra “və Audit Komitəsindən” sözləri əlavə edilsin;

1.20.2. aşağıdakı məzmunda 29.1.1-1-ci maddə əlavə edilsin:

“29.1.1-1. Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;”;

1.20.3. 29.1.3 – 29.1.5-ci maddələrdə ismin müvafiq hallarında “Təftiş Komissiyası” sözləri ismin müvafiq hallarında “Audit Komitəsi” sözləri ilə əvəz edilsin;

1.20.4. 29.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“29.1.6. Direktorlar Şurasının və İdarə Heyətinin üzvlərindən başqa (bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq, İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı müvafiq səlahiyyətlərin Direktorlar Şurasına verildiyi hallar istisna olmaqla) sığortaçının digər rəhbər işçilərini təyin etmək və onların əmək haqlarının miqdarını müəyyən etmək;”;

1.20.5. 29.1.7-ci maddədə “kənarlaşdıraraq” sözü “azad edərək” sözləri ilə əvəz edilsin;

1.20.6. 29.1.14-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.21. 30.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.1.8-ci maddə əlavə edilsin:

“30.1.8. sığortaçı tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində Səhmdarların Ümumi Yığıncağını, İdarə Heyətini və Audit Komitəsini məlumatlandırmaq, Mərkəzi Banka isə sığorta qanunvericiliyinin və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktları barədə bildiriş göndərmək.”;

1.22. 32-ci maddə üzrə:

1.22.1. 32-ci maddənin adında, 32.1-ci maddənin birinci cümləsində, 32.2-ci maddənin birinci və ikinci cümlələrində, 32.5-ci maddədə və 32.6-cı maddənin birinci və dördüncü cümlələrində ismin müvafiq hallarında “Təftiş Komissiyası” sözləri ismin müvafiq hallarında “Audit Komitəsi” sözləri ilə əvəz edilsin;

1.22.2. 32.3-cü maddəyə “orqanının üzvü” sözlərindən sonra “(eyni sığortaçının Direktorlar Şurasının müstəqil üzvü istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə “Təftiş Komissiyasının” sözləri “Audit Komitəsinin” sözləri ilə əvəz edilsin;

1.22.3. aşağıdakı məzmunda 32.3-1-ci maddə əlavə edilsin:

“32.3-1. Sığortaçının səhmdarları və İdarə Heyətinin üzvləri onun Audit Komitəsinin üzvü ola bilməz. Bu Qanunun 32.3-cü maddəsinin tələbi nəzərə alınmaqla sığortaçının Direktorlar Şurasının üzvü (sığortaçının səhmdarı olan Direktorlar Şurasının üzvü istisna olmaqla) Audit Komitəsinin üzvü ola bilər.”;

1.22.4. 32.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“32.4. Direktorlar Şurası tərəfindən Audit Komitəsinin üzvləri seçilir. Direktorlar Şurası Audit Komitəsinin üzvlərindən birini Audit Komitəsinin sədri təyin edir. Audit Komitəsinin sədrinin səlahiyyətləri sığortaçının nizamnaməsi və Audit Komitəsi haqqında əsasnamə ilə müəyyən edilir.”;

1.23. 33.1.7-ci maddəyə “Mülki Məcəlləsində” sözlərindən sonra “və Mərkəzi Bankın normativ xarakterli aktları ilə” sözləri əlavə edilsin;

1.24. 37-ci maddə üzrə:

1.24.1. 37.1-ci maddədə “Təftiş Komissiyasının” sözləri “Audit Komitəsinin” sözləri ilə əvəz edilsin;

1.24.2. 37.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“37.2. Sığortaçının rəhbər işçisi aşağıdakı tələblərə cavab verməlidir:

37.2.1. sığortaçının Direktorlar Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə sahəsində və ya sığortaçının biznes strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;

37.2.2. sığortaçının İdarə Heyətinin sədri və üzvləri üçün – iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 il rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə sahəsində və ya sığortaçının biznes strategiyasında müəyyən edilən sahələrdə 10 illik iş təcrübəsinin (azı 5 il rəhbər vəzifədə olmaqla) olması;

37.2.3. sığortaçının daxili audit xidmətinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 il sığortaçıda olmaqla) olması, yaxud ali təhsil və maliyyə sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 il sığortaçıda olmaqla) olması;

37.2.4. sığortaçının baş mühasibi (bu vəzifəni icra edən şəxs) üçün – iqtisadiyyat sahəsində ali təhsil və sığortaçıda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili sığortaçıda olmaqla) olması. Sığortaçının baş mühasibi (bu vəzifəni icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır;

37.2.5. məsul aktuari üçün – ali təhsil və aktuari kimi azı 1 il iş təcrübəsinin olması;

37.2.6. maliyyə vəziyyətinin pisləşməsi və ya maliyyə sahəsində qanunvericiliyin tələblərini pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş maliyyə sahəsində fəaliyyət göstərən hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən azı 12 ay əvvəlki dövrdə həmin şəxsin biznes strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş Direktorlar Şurasının (Müşahidə Şurasının), Təftiş Komissiyasının, Audit Komitəsinin, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi və məsul aktuarisi olmamalıdır. Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq məcburi ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən etibarən 2 il müddətində tətbiq edilir;

37.2.7. sığortaçının rəhbər işçisi vəzifəsindən qanunla müəyyən olunmuş qaydada qeyri-qənaətbəxş fəaliyyətinə görə azad edilmiş olmamalıdır;

37.2.8. bu Qanunun 32.3-1-ci maddəsi nəzərə alınmaqla, sığortaçının bir idarəetmə orqanının (səhmdarın ümumi yığıncağı istisna olmaqla) üzvü digər idarəetmə orqanının üzvü vəzifəsini, baş mühasibi sığortaçının Audit Komitəsinin üzvü vəzifəsini, daxili audit xidmətinin rəhbəri isə sığortaçıda digər hər hansı vəzifəni tuta bilməz;

37.2.9. sığortaçının İdarə Heyətinin və Audit Komitəsinin üzvləri, baş mühasibi (bu vəzifəni icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və məsul aktuarisi digər sığortaçılarda və hüquqi şəxslərdə (bu Qanunun 28.5.1-ci maddəsi nəzərə alınmaqla, sığortaçının səhmdar olduğu digər sığortaçılarda və hüquqi şəxslərdə Direktorlar Şurasının üzvü olması halları istisna olmaqla) hər hansı vəzifə tuta bilməz;

37.2.10. məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.”;

1.24.3. aşağıdakı məzmunda 37.2-1-ci və 37.2-2-ci maddələr əlavə edilsin:

“37.2-1. Bu Qanunun 37.2.4-cü maddəsində baş mühasib (bu vəzifəni icra edən şəxs) üçün müəyyən edilmiş tələblər sığortaçıda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.

37.2-2. Bu Qanunun 37.2.6-cı maddəsi bu Qanunun 81-5.2.3-cü maddəsinin tələbini yerinə yetirən məsul aktuarilərə münasibətdə tətbiq edilmir.”;

1.24.4. 37.5-ci maddə ləğv edilsin;

1.25. 38-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 38. Sığortaçının rəhbər işçilərinin təyin edilməsi

38.1. Sığortaçı Direktorlar Şurası və İdarə Heyətinin sədri və üzvləri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə rəhbər işçinin bu Qanunun 37.2-ci maddəsində müəyyən edilmiş tələblərə cavab verməsini təsdiqləyən məlumatlar və sənədlər, bu Qanunun 44.1.8-ci maddəsində nəzərdə tutulan sənəd və məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri əlavə olunur. Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə sığortaçıya sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və ona bu səhvləri və ya çatışmazılıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.

38.2. Sığortaçının Direktorlar Şurası və İdarə Heyətinin sədri və üzvləri istisna olmaqla, rəhbər işçi vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində sığortaçı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə bu Qanunun 38.1-ci maddəsində nəzərdə tutulan sənədlər və məlumatlar əlavə olunur.

38.3. Bu Qanunun 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulan sənədlər və məlumatlar Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə və məlumatlarda dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

38.4. Aşağıdakı hallarda Mərkəzi Bank sığortaçıya müvafiq rəhbər işçinin vəzifədən azad edilməsi ilə bağlı təqdimat verir:

38.4.1. bu Qanunun 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin vəzifəyə təyin edilməsi ilə bağlı təqdim edilmiş sənəd və məlumatların yanlış olması sonradan aşkar edildikdə;

38.4.2. rəhbər işçi sığorta qanunvericiliyi ilə bağlı yol verdiyi hüquq pozuntularına görə son 1 il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə;

38.4.3. rəhbər işçinin bu Qanunla müəyyən edilmiş tələblərə cavab vermədiyi müəyyən edildikdə.

38.5. Sığortaçı məsul aktuarisi ilə bağladığı əmək müqaviləsinə yalnız Mərkəzi Banka əsaslandırılmış müraciət etməklə, Mərkəzi Bankın razılığı əsasında xitam verə bilər.”;

1.26. 42.1.1-ci maddədən “, Təftiş Komissiyasının” sözləri çıxarılsın;

1.27. 43.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“43.2. Sığorta və təkrarsığorta fəaliyyətinə lisenziya müddətsiz verilir.”;

1.28. 44-cü maddə üzrə:

1.28.1. 44.1-ci maddənin birinci abzasında “sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin təsisçilərinin və ya səhmdarlarının bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərlə” sözləri “bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş sənədlər və məlumatlarla” sözləri ilə əvəz edilsin və həmin abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;

1.28.2. 44.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“44.1.6. sığortaçının təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, sığortaçıda mühüm iştirak payı sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə sığortaçıda mühüm iştirak payı sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında sənədlər və məlumatlar;”;

1.28.3. aşağıdakı məzmunda 44.1.6-1-ci maddə əlavə edilsin:

“44.1.6-1. Mərkəzi Bankın müəyyən etdiyi formada sığortaçının səhmdarları arasındakı münasibətlər və sığortaçının benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi xarici fiziki şəxs olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;”;

1.28.4. 44.1.7.7-ci maddə ləğv edilsin;

1.28.5. 44.1.8-ci və 44.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“44.1.8. rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin sığortaçıda və ya digər hüquqi şəxslərdə mühüm iştirak payları göstərilməklə siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxslər xarici fiziki şəxs olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.”;

“44.2. Mərkəzi Bank təqdim edilən sənəd və məlumatların, o cümlədən sığortaçının kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbər işçilərinin), benefisiar mülkiyyətçilərin və rəhbər işçilərin məqbul və lazımi keyfiyyətlərə malik olması və sığortaçının nizamnamə kapitalının mənbəyi barədə məlumatların yoxlanılması məqsədilə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.”;

1.28.6. aşağıdakı məzmunda 44.2-2-ci maddə əlavə edilsin:

“44.2-2. Bu Qanunun 44.2-ci və 44.2-1-ci maddələri sonradan sığortaçıda mühüm iştirak payını və əhəmiyyətli nəzarəti əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbər işçilərinə) və (və ya) benefisiar mülkiyyətçi olan şəxslərə, yeni təyin olunan rəhbər işçilərə də şamil edilir.”;

1.29. 46-cı maddə üzrə:

1.29.1. 46.1-ci maddənin birinci abzasında, 46.1.5-ci və 46.2-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.29.2. 46.1.1-ci maddəyə “düzəldilmədikdə” sözündən sonra “, habelə benefisiar mülkiyyətçilərin sığortaçıya təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya sığortaçının ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda” sözləri əlavə edilsin;

1.29.3. 46.1.2-ci maddədə “və 20.1-ci” sözləri “, 20.1-ci və 37-ci” sözləri ilə əvəz edilsin və həmin maddəyə “olunmadıqda” sözündən sonra “, habelə bu Qanunun 22.5-ci maddəsinə uyğun olaraq mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə razılıq verilməsindən imtina əsası olduqda” sözləri əlavə edilsin;

1.29.4. 46.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“46.1.3. təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;”;

1.30. 50.1.6-cı maddəyə “surətləri” sözündən sonra “, həmin şəxslər tərəfindən doldurulmuş anket” sözləri əlavə edilsin;

1.31. 51.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “10 gün” sözləri “7 iş günü” sözləri ilə əvəz edilsin;

1.32. 54.2.2-ci maddədən “müddəti,” sözü çıxarılsın;

1.33. 60.4-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “15 gün” sözləri “10 iş günü” sözləri ilə əvəz edilsin;

1.34. 61-ci maddədə (hər iki halda) ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə, “10 gün” sözləri “7 iş günü” sözləri ilə və “15 gün” sözləri “10 iş günü” sözləri ilə əvəz edilsin;

1.35. 73.5-ci və 75.3-cü maddələrdə “15 gün” sözləri “10 iş günü” sözləri ilə əvəz edilsin;

1.36. 78-ci maddə üzrə:

1.36.1. adında və 78.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.36.2. 78.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“78.2. Sığortaçılar fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.”;

1.36.3. 78.3-cü və 78.3-1-ci maddələr ləğv edilsin;

1.36.4. 78.4-cü maddənin ikinci cümləsi çıxarılsın;

1.36.5. 78.5-ci maddədə “digər” sözü “sığortaçının fəaliyyətinə dair” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.36.6. 78.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanına” və “həmin orqana” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.36.7. 78.7-ci və 78.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“78.7. Sığorta sektorunda nəzarət funksiyalarının həyata keçirilməsi üçün tələb olunduqda sığortaçı, onun əhəmiyyətli nəzarəti həyata keçirdiyi şəxslər və aidiyyəti şəxsləri, habelə sığortaçının auditini aparan və ya aparmış şəxslər sığorta sirri də daxil olmaqla sığortaçının fəaliyyətinə dair istənilən sənəd və məlumatları Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidirlər.

78.8. Sığortaçı maliyyə ilinin bitməsindən ən geci üç ay müddətində müstəqil auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə müstəqil auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet səhifəsində dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.”;

1.36.8. 78.9-cu maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.37. aşağıdakı məzmunda 79.7-1-ci maddə əlavə edilsin:

“79.7-1. Sığortaçının katastrofik risklərlə əlaqədar üzərində saxladığı ümumi riskin həcmi bu Qanunun 10.2-ci və 10.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.”;

1.38. 80.2-ci maddəyə “habelə” sözündən sonra “səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sığortaçıların nizamnamə kapitalının formalaşdırılması istisna olmaqla,” sözləri əlavə edilsin;

1.39. 81-ci maddə üzrə:

1.39.1. 81.5.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 81.5.4-cü maddə əlavə edilsin:

“81.5.4. katastrofik risklər üzrə ehtiyat.”;

1.39.2. 81.6.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 81.6.6-cı maddə əlavə edilsin:

“81.6.6. katastrofik risklər üzrə ehtiyat.”;

1.39.3. 81.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.39.4. 81.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“81.8. Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla sığorta ehtiyatlarının formalaşdırılması qaydaları, həmçinin katastrofik risklərin meyarları Mərkəzi Bank tərəfindən müəyyən edilir.”;

1.40. 81-3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“81-3.3. Aktuari şəhadətnaməsi Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydalara əsasən attestasiyadan keçmiş şəxslərə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra 5 iş günü ərzində verilir. Aktuari şəhadətnaməsi attestasiya günündən hesablanaraq 5 il müddətinə verilir.”;

1.41. 81-4.1-ci maddədə “şəxslər attestasiyanın keçirildiyi tarixdən 5 iş günü müddətində” sözləri “və aktuari şəhadətnaməsini almış şəxslər dərhal” sözləri ilə əvəz edilsin;

1.42. 81-5.1.2-ci maddəyə “sığortaçıda” sözündən əvvəl “eyni” sözü əlavə edilsin;

1.43. 81-6-cı maddə üzrə:

1.43.1. 81-6.3.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 81-6.3.4-cü maddə əlavə edilsin:

“81-6.3.4. Mərkəzi Bank tərəfindən müəyyən edilən digər hesablamalar və göstəricilərin daxil edilməsi.”;

1.43.2. 81-6.5-ci və 81-6.7-ci maddələrdə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.43.3. 81-6.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“81-6.6. Aktuari rəyi məsul aktuari tərəfindən sığortaçıya və Mərkəzi Banka təqdim edilməlidir. Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.”;

1.44. 83-cü maddə üzrə:

1.44.1. 83.1-ci maddənin birinci cümləsində, 83.3-cü, 83.4-cü və 83.6-cı maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.44.2. 83.2.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, “həmin orqanda” sözləri “Mərkəzi Bankda” sözləri ilə əvəz edilsin;

1.44.3. 83.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“83.2.4. məqbul və lazımi keyfiyyətlərə malik olması;”;

1.44.4. aşağıdakı məzmunda 83.3-1-ci maddə əlavə edilsin:

“83.3-1. Hüquqi şəxs sığorta agenti fəaliyyəti dövründə attestasiyadan keçməli işçilərinin say həddinə dair bu Qanunun 83.3-cü maddəsinin tələbinə riayət etməlidir.”;

1.45. 84-cü maddə üzrə:

1.45.1. 84.1-ci maddənin birinci abzasında “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.45.2. 84.1.1.1-ci maddəyə “surəti” sözündən sonra “, müraciət edən xarici fiziki şəxs olduqda isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış” sözləri əlavə edilsin;

1.45.3. 84.1.2.3-cü maddəyə “sənədlər” sözündən sonra “, həmin şəxs xarici fiziki şəxs olduqda isə həmçinin rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış” sözləri əlavə edilsin;

1.45.4. 84.2-ci maddə ləğv edilsin;

1.46. 86.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müraciət edən bu Qanunun tələblərinə cavab vermədikdə, fiziki şəxs, habelə hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxsin rəhbər işçiləri kimi təyin edilməsi nəzərdə tutulan şəxsləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda Mərkəzi Bank lisenziyanın verilməsindən imtina olunması barədə əsaslandırılmış qərar qəbul edir.”;

1.47. 88-ci maddə üzrə:

1.47.1. 88.1-ci maddədə “15 gün” sözləri “10 iş günü” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.47.2. 88.3-cü maddədə “və 83.4-cü” sözləri “, 83.4-cü və 88.4-cü” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanında” sözləri “Mərkəzi Bankda” sözləri ilə, “3” rəqəmi “5” rəqəmi ilə, “həmin orqanda” sözləri “Mərkəzi Bankda” sözləri ilə əvəz edilsin;

1.47.3. aşağıdakı məzmunda 88.4-cü maddə əlavə edilsin:

“88.4. Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxsin əmək müqaviləsi və mülki-hüquqi müqavilə əsasında sığorta vasitəçiliyi fəaliyyətinə cəlb edilmiş əməkdaşları bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada Mərkəzi Bankda attestasiyadan keçməlidirlər.”;

1.48. 91.2-ci maddədə “vətəndaş qüsursuzluğuna” sözləri “məqbul və lazımi keyfiyyətlərə” sözləri ilə əvəz edilsin;

1.49. 92-ci maddə üzrə:

1.49.1. 92.1 – 92.3-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.49.2. 92.4-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” və “bu orqanın” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.49.3. 92.5-ci maddəyə “aşkar edildikdə” sözlərindən sonra “, habelə hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda və ya sığorta qanunvericiliyi ilə bağlı yol verdiyi hüquq pozuntularına görə son 1 il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “kənarlaşdırılması” sözü “azad edilməsi” sözləri ilə əvəz edilsin;

1.50. 93-cü maddə üzrə:

1.50.1. 93.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“93.1. Sığortaçıların hesabat və məlumatları ilə bağlı bu Qanunun 78-ci maddəsinin tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə bu Qanunun 93.2-ci maddəsinin tələbi nəzərə alınmaqla şamil edilir.”;

1.50.2. 93.2-2-ci maddədə “Hüquqi şəxs sığorta agenti bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçisi” sözləri “Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxslər bu Qanunun 83.3-1-ci və 88.4-cü maddələrində nəzərdə tutulmuş əməkdaşları” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.50.3. 93.2-3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“93.2-3. Sığorta vasitəçiləri fəaliyyətləri barədə hesabatları Mərkəzi Banka təqdim etməlidirlər. Həmin hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.”;

1.51. aşağıdakı məzmunda 11-1-ci fəsil əlavə edilsin:

“11-1-ci Fəsil

Müstəqil ekspertlər

Maddə 94-1. Müstəqil ekspert fəaliyyətinin əsasları

94-1.1. Müstəqil ekspert fəaliyyəti Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən sahələr üzrə həyata keçirilir.

94-1.2. Aşağıdakı tələblərə cavab verən fiziki və hüquqi şəxslər müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra reyestrə daxil edildiyi sahə (sahələr) üzrə müstəqil ekspert fəaliyyəti ilə məşğul ola bilərlər:

94-1.2.1. fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə və müstəqil ekspert sertifikatına malik olmalıdır;

94-1.2.2. hüquqi şəxs:

94-1.2.2.1. hüquqi şəxsin əmək müqaviləsi əsasında işləyən ən azı iki işçisi müstəqil ekspert olmalıdır;

94-1.2.2.2. hüquqi şəxsin iştirakçısı və icra orqanının rəhbəri sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə əmək və ya mülki-hüquqi müqavilə münasibətlərində olmamalı və sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirməməlidir;

94-1.2.2.3. hüquqi şəxsin adı bu Qanunun 94-4-cü maddəsinin tələblərinə uyğun olmalıdır.

94-1.3. Aqrar sığorta sistemində müstəqil ekspert olmaq istəyən şəxs “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq sertifikat aldıqdan sonra bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan reyestrə daxil edilir.

94-1.4. Fiziki şəxs olan müstəqil ekspert müstəqil ekspert fəaliyyətini göstərdiyi dövrdə sığortaçı, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs olan sığorta vasitəçisi ilə müstəqil ekspert fəaliyyəti üzrə xidmətin göstərilməsi istisna olmaqla, digər xidmətlər ilə əlaqədar mülki-hüquqi müqavilə və ya əmək müqaviləsi münasibətlərində olmamalı və sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirməməlidir.

94-1.5. Hüquqi şəxs olan müstəqil ekspertin həyata keçirdiyi müstəqil ekspert fəaliyyəti onun əsas fəaliyyət növüdür.

94-1.6. Hüquqi şəxs olan müstəqil ekspert əsas fəaliyyətindən başqa yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

94-1.6.1. müstəqil ekspertlərin ixtisasının artırılması məqsədilə təlimin təşkili və keçirilməsi;

94-1.6.2. sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;

94-1.6.3. sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı.

94-1.7. Bu Qanunun 94-1.2.2.1-ci maddəsində müəyyən edilən şəxslərin müstəqil ekspert sertifikatının müddəti bitdikdə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verildikdə və ya onlar müstəqil ekspertlərin reyestrindən çıxarıldıqda, hüquqi şəxs 2 ay ərzində əmək müqaviləsi ilə işləyən müstəqil ekspertlərin minimum sayını bərpa etməli və həmin müddətdə müvafiq sahə üzrə müstəqil ekspert fəaliyyətini həyata keçirməməlidir.

94-1.8. Müstəqil ekspert tərəfindən aşağıdakıların həyata keçirilməsi qadağandır:

94-1.8.1. müstəqil ekspertlərin reyestrinə daxil edildiyi tarixdən əvvəlki 2 il ərzində əmək müqaviləsi və ya xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqavilə münasibətində olduğu sığortaçıların sığortaladığı risklər ilə bağlı baş vermiş sığorta hadisəsi üzrə müstəqil ekspert kimi 2 il müddətində çıxış etməsi;

94-1.8.2. müstəqil ekspertlə əmək müqaviləsi və ya xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqavilə münasibətlərində olan sığortalı, sığorta olunan, faydalalanan şəxs və ya zərər çəkmiş üçüncü şəxslə əlaqəli sığorta hadisəsi üzrə müstəqil ekspert kimi çıxış etməsi;

94-1.8.3. hüquqi şəxs olan müstəqil ekspertdə əmək müqaviləsi əsasında işləyən zaman digər hüquqi şəxs olan müstəqil ekspertdə vəzifə tutması və ya sərbəst şəkildə müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsi;

94-1.8.4. sığortaçının, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsin və ya sığorta vasitəçisinin baş ofis, filial və ya nümayəndəliklərində fəaliyyət göstərməsi;

94-1.8.5. sığorta müqaviləsinin bağlanılması ilə əlaqədar riski qiymətləndirdiyi halda həmin müqavilə üzrə baş vermiş sığorta hadisəsinin araşdırılması, nəticələrinin aradan qaldırılması və (və ya) zərərin qiymətləndirilməsi;

94-1.8.6. aşağıdakı hallarda müstəqil ekspertizanın aparılması:

94-1.8.6.1. özünün və ya yaxın qohumlarının ekspertiza obyekti ilə bağlı əmlak mənafeyi, tərəflərdən biri ilə mübahisəsi (əvvəlki dövr də daxil olmaqla) və ya ekspertiza obyektinə dair müqavilədən kənar öhdəlikləri olduqda;

94-1.8.6.2. özü və ya yaxın qohumları ekspertiza obyekti ilə bağlı əmlak mənafeyi olan hüquqi şəxsə aidiyyəti olan şəxs olduqda.

94-1.9. Müstəqil ekspert müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə etdiyi kommersiya, sığorta, bank və digər konfidensial məlumatların qanunla müəyyən olunmuş qaydada qorunmasını təmin etməlidir.

94-1.10. Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.

Maddə 94-2. Müstəqil ekspertlərin reyestri

94-2.1. Müstəqil ekspertlərin reyestri sahələr üzrə bu Qanunun 95.3-cü maddəsinə uyğun olaraq aparılır.

94-2.2. Fiziki şəxs müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr), hüquqi şəxs isə onun əmək müqaviləsi əsasında işlədiyi müstəqil ekspertlərin müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr) üzrə müstəqil ekspertlərin reyestrinə daxil edilir.

94-2.3. Fiziki və hüquqi şəxslər aşağıdakı hallarda müstəqil ekspertlərin reyestrindən çıxarılırlar:

94-2.3.1. fiziki şəxs:

94-2.3.1.1. öz ərizəsi ilə müraciət etdikdə;

94-2.3.1.2. bu Qanunun 94-2.4-cü maddəsi nəzərə alınmaqla, müstəqil ekspert sertifikatının müddəti bitdikdə və yenisini almadıqda;

94-2.3.1.3. müstəqil ekspert fəaliyyəti ilə bağlı bu Qanunun tələblərinin pozulmasına görə bir il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda;

94-2.3.1.4. məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

94-2.3.1.5. bu Qanunun 102-ci maddəsinə uyğun olaraq verilmiş təqdimat vaxtında və ya tam icra edilmədikdə;

94-2.3.1.6. vəfat etdikdə;

94-2.3.1.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;

94-2.3.1.8. müstəqil ekspert fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsinə, o cümlədən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

94-2.3.2. hüquqi şəxs:

94-2.3.2.1. öz ərizəsi ilə müraciət etdikdə;

94-2.3.2.2. bu Qanunun 94-1.7-ci maddəsinin tələbləri pozulduqda;

94-2.3.2.3. bu Qanunun 94-2.3.1.3-cü və ya 94-2.3.1.5-ci maddələrində göstərilən hallarda;

94-2.3.2.4. müflis elan edildikdə və ya ləğv edildikdə.

94-2.4. Müstəqil ekspertlərin reyestrinə bir neçə sahə üzrə daxil edilmiş fiziki şəxs olan müstəqil ekspert bu Qanunun 94-3.4-cü maddəsinə uyğun olaraq müvafiq sahə üzrə yenidən sertifikat almadıqda həmin sahə üzrə reyestrdən çıxarılır.

94-2.5. Bu Qanunun 94-1.7-ci maddəsinin tələbi nəzərə alınmaqla, hüquqi şəxs olan müstəqil ekspert müstəqil ekspert olan işçisinin əmək müqaviləsinə xitam verildikdən sonra 2 ay müddətində onu müvafiq sahə üzrə müstəqil ekspertlə əvəz etmədikdə (müvafiq sahə üzrə digər müstəqil ekspert olan işçisinin olduğu hallar istisna olmaqla), o, müvafiq sahə üzrə müstəqil ekspertlərin reyestrindən çıxarılır.

94-2.6. Bu Qanunun 94-2.3.1.3 – 94-2.3.1.5-ci və 94-2.3.2.3-cü maddələrinə əsasən reyestrdən çıxarılmış müstəqil ekspert reyestrdən çıxarıldığı tarixdən müstəqil ekspert fəaliyyəti ilə məşğul ola və bir il ərzində təkrar reyestrə daxil edilə bilməz.

Maddə 94-3. Müstəqil ekspert sertifikatı

94-3.1. Müstəqil ekspert sertifikatı bu Qanunun 94-1.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş sahələr üzrə verilir.

94-3.2. Fiziki şəxslər müstəqil ekspert sertifikatının əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) imtahandan keçməlidirlər.

94-3.3. Bu Qanunun 94-3.2-ci maddəsində nəzərdə tutulmuş imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

94-3.4. Müstəqil ekspert sertifikatı imtahandan keçmiş şəxslərə 5 il müddətinə verilir. Müstəqil ekspert sertifikatının müddəti bitdikdə, yeni sertifikat almaq üçün bu Qanunun 94-3.2-ci maddəsində nəzərdə tutulan imtahanda yenidən iştirak edilməlidir.

Maddə 94-4. Hüquqi şəxs olan müstəqil ekspertin adı

94-4.1. Hüquqi şəxs olan müstəqil ekspertin tam adında “sığorta üzrə müstəqil ekspert” sözləri olmalıdır.

94-4.2. Bu Qanunun 90-cı maddəsinin tələbləri hüquqi şəxs olan müstəqil ekspertlərə də şamil olunur.”;

1.52. 95-ci maddə üzrə:

1.52.1. 95.1.1-ci maddədən “sığorta sisteminin” sözləri çıxarılsın;

1.52.2. 95.1.3-cü maddədə “sistemində” sözü “münasibətlərində” sözü ilə əvəz edilsin;

1.52.3. 95.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.52.4. 95.3-cü maddənin birinci cümləsindən “xarici sığortaçıların və” sözləri çıxarılsın və həmin cümlədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.52.5. aşağıdakı məzmunda 95.4-cü və 95.5-ci maddələr əlavə edilsin:

“95.4. Mərkəzi Bank sığortaçıların sistem əhəmiyyətliliyi nəzərə alınmaqla onlar üçün müəyyən edilmiş normativ və tələblərdən fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.

95.5. Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları Mərkəzi Bank tərəfindən müəyyən olunur.”;

1.53. 96-1.1-ci maddənin birinci abzasında, 96-3.4 – 96-3.7-ci, 96-4.2-ci maddələrdə, 96-5.4-cü maddənin ikinci cümləsində, 96-5.7-ci maddənin birinci və ikinci cümlələrində, 96-6.7-ci maddədə, 96-7-ci maddənin adında, 96-7.1-ci maddədə, 96-7.2-ci maddənin birinci abzasında ismin müvafiq hallarında “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.54. 96-2.3-cü maddənin birinci cümləsində və 96-3.3-cü maddədə ismin müvafiq hallarında “Maliyyə bazarlarına nəzarət orqanı” və “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.55. 96-2.4-cü maddənin birinci və üçüncü cümlələrində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.56. 96-2.6-cı maddəyə “çərçivəsində” sözündən sonra “plandankənar yoxlamalar aparılır və” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.57. 96-5.6-cı maddənin birinci cümləsində “Maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, “5 təqvim” sözləri “3 iş” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Bankına” sözləri ilə və ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.58. 97-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 97. Yoxlamalar

Sığorta sahəsində yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır.”;

1.59. 102-ci maddə üzrə:

1.59.1. adında, 102.2.8-ci, 102.2.8-2-ci, 102.3 – 102.6-cı maddələrdə, 102.7-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.59.2. 102.1-ci maddəyə “aktuarilərin” sözündən sonra “, müstəqil ekspertlərin” sözləri və “aşkar edildikdə” sözlərindən sonra “, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.59.3. 102.2-ci maddənin birinci abzasında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin abzasa “aktuarilərdən” sözündən sonra “, müstəqil ekspertlərdən” sözləri əlavə edilsin;

1.59.4. 102.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“102.2.5. sığortaçının rəhbər işçisinin hərəkətlərinin bu Qanunun tələblərinə uyğun olmadığını hesab etmək üçün əsaslar olduqda sığortaçının müvafiq orqanı tərəfindən məsələyə baxılıb qanunazidd hallar və (və ya) nöqsanlar aradan qaldırılanadək sığortaçının rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılmasını;”;

1.59.5. aşağıdakı məzmunda 102.2.5-1-ci maddə əlavə edilsin:

“102.2.5-1. bu Qanunun 38.4-cü və ya 92.5-ci maddələrinə uyğun olaraq rəhbər işçinin vəzifədən azad edilməsini;”;

1.59.6. 102.2.6-cı maddə ləğv edilsin;

1.59.7. 102.2.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.2.12-ci maddə əlavə edilsin:

“102.2.12. sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxs tərəfindən bu Qanunun 88.4-cü maddəsində göstərilmiş əməkdaşlarının həmin maddəyə uyğun olaraq attestasiyadan keçmələrinin təmin edilməsini.”;

1.60. 103.1.1-ci maddəyə “aktuariləri” sözündən sonra “və müstəqil ekspertləri” sözləri əlavə edilsin;

1.61. 104-cü maddə üzrə:

1.61.1. 104.1-ci maddənin birinci cümləsinə “sığortaçının” sözündən əvvəl “müvafiq olaraq” sözləri, “sığorta vasitəçisinin” sözlərindən sonra “və müstəqil ekspertin” sözləri, “fiziki şəxs olan” sözlərindən sonra “müstəqil ekspertə və” sözləri əlavə edilsin;

1.61.2. 104.2-ci maddəyə “sığortaçının” sözündən sonra “, müstəqil ekspertin” sözləri əlavə edilsin;

1.62. 105.6-cı və 106.5-ci maddələrdə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, “həmin orqanın” sözləri “onun” sözü ilə əvəz edilsin;

1.63. 106.1.3-cü maddədə (hər iki halda) “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, “20 gün” sözləri “15 iş günü” sözləri ilə əvəz edilsin;

1.64. 106.1.10-cu maddəyə “və” sözündən sonra “(və ya)” sözləri əlavə edilsin;

1.65. 107-ci maddə üzrə:

1.65.1. 107.1-ci maddənin birinci abzasında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.65.2. 107.1.5-ci maddəyə “aşkar edildikdə” sözlərindən sonra “, habelə mühüm iştirak payı sahiblərinin və ya benefisiar mülkiyyətçilərin sığortaçıya təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda” sözləri əlavə edilsin;

1.65.3. 107.1.7-ci maddə ləğv edilsin;

1.65.4. 107.1.8-ci maddədə “sahibinin vətəndaş qüsursuzluğunu aradan qaldıran hal yarandıqda” sözləri “sahibi məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda və ya öldükdə” sözləri ilə əvəz edilsin;

1.66. 108-ci maddə üzrə:

1.66.1. 108.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, “həmin orqanın” sözləri “onun” sözü ilə əvəz edilsin;

1.66.2. 108.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“108.2. Mərkəzi Bank sığortaçının lisenziyasının ləğvi haqqında qəbul etdiyi qərar barədə Azərbaycan Respublikasında nəşr olunan bir dövlət qəzetində, sığorta vasitəçisinin lisenziyasının ləğvi haqqında isə qəbul etdiyi qərar barədə media subyektləri vasitəsilə rəsmi məlumat dərc etdirir və həmin qərar qəbul olunduğu tarixdən 5 iş günü müddətində müvafiq vergi orqanına məlumat göndərir.”;

1.66.3. 108.7-ci maddənin ikinci cümləsində “20 gün ərzində maliyyə bazarlarına nəzarət orqanına” sözləri “15 iş günü ərzində Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.66.4. 108.8-ci maddənin birinci, ikinci və üçüncü (hər iki halda) cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.67. 109-cu maddə üzrə:

1.67.1. 109.1-ci maddənin birinci abzasında “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.67.2. 109.2.1-ci maddədə “vətəndaş qüsursuzluğuna” sözləri “məqbul və lazımi keyfiyyətlərə” sözləri ilə əvəz edilsin;

1.67.3. 109.3-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanına və bu orqanın” sözləri “Mərkəzi Banka və Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.68. 113-cü maddə üzrə:

1.68.1. 113.1-ci maddədə “20 gün” sözləri “15 iş günü” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.68.2. 113.3-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” və “bu orqanın” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.68.3. 113.4-cü maddədə “10 gün müddətində maliyyə bazarlarına nəzarət orqanına” sözləri “7 iş günü müddətində Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.68.4. 113.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.69. 115-ci maddə üzrə:

1.69.1. 115.1-ci maddədə “10 gün müddətində maliyyə bazarlarına nəzarət orqanına” sözləri “7 iş günü müddətində Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.69.2. 115.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “həmin orqanın” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.69.3. 115.3-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.70. 120.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddədən “inzibati qaydada və” sözləri çıxarılsın;

1.71. 121-ci maddəyə “vətəndaş qüsursuzluğu” sözlərindən sonra “(bu Qanunun 1.1.41.4-cü maddəsi istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə “onun maliyyə bazarlarına nəzarət orqanına bu barədə ərizə təqdim etməsindən sonra həmin orqanın” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəalar

2.1. Fəaliyyətdə olan sığortaçılar bu Qanunun qüvvəyə mindiyi tarixdən 6 (altı) ay ərzində Təftiş Komissiyasının ləğv edilməsi və Audit Komitəsinin yaradılmasını təmin etməlidirlər.

2.2. Bu Qanunun rəhbər işçilərin təhsilinə və iş tərcrübəsinə dair tələbləri bu Qanun qüvvəyə minənədək müvafiq vəzifəyə təyin edilmiş şəxslərə şamil edilmir.

2.3. Sığorta agenti fəaliyyətinə lisenziya almış hüquqi şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən 1 (bir) il ərzində bu Qanunun 1.47.3-cü maddəsinin tələbini təmin etməlidirlər.

2.4. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci, 94-1.1-ci, 94-1.2-ci, 94-1.7-ci, 94-2.1-ci, 94-2.2-ci, 94-2.3.1.2-ci, 94-2.3.2.2-ci, 94-2.3.1.4-cü, 94-2.4-cü, 94-2.5-ci, 94-3.1-ci, 94-3.2-ci, 94-3.4-cü və 94-4-cü maddələri həmin Qanunun 94-3.3-cü maddəsində nəzərdə tutulmuş qayda qüvvəyə mindiyi vaxtdan sonra tətbiq edilir.

2.5. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 93-3.3-cü maddəsində nəzərdə tutulan qayda qüvvəyə minənədək reyestrə daxil edilmiş müstəqil ekspertlər həmin qaydanın qüvvəyə mindiyi gündən bir il müddətində bu Qanunun tələblərinə uyğunlaşmaq və yenidən müstəqil ekspertlərin reyestrinə daxil olmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə bu tələblər təmin olunmadıqda müstəqil ekspertlər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən reyestrdən çıxarılır.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 iyul 2023-cü il.