Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

ABŞ-da alov saçan robot satışa çıxarılacaq

Amerikanın  "Throwflame" şirkəti  itə bənzəyən,   alov qurğusu ilə təchiz edilmiş 4 ayaqlı odpüskürən robotunu təqdim  edib. "Thermonator" adı verilən elektrikli robotun digər 4 ayaqlı robotlardan əsas fərqi belindəki odpüskürən qurğunun olmasıdır. Ən qorxuducu fakt isə odur ki, kompakt ölçüyə malik bu robot hamı üçün satışa çıxarıla bilər.

"Thermonator"un əsasını "Unitree Go1" adlı robot təşkil edir. Onun bel hissəsində böyük yanacaq bakına sahib odpüskürən qurğu yerləşdirilib. Şirkətdən  verilən məlumata görə, robot həmin qurğu vasitəsilə 45 dəqiqə ərzində 10 metr məsafəyə od buraxa bilir. Bununla belə, şirkət robotu silah ya hərbi təchizat kimi qələmə vermir. Təkcə "Unitree Go1" robotunun çəkisi 12,  belindəki alov saçan qurğu  ilə birgə isə bu göstərici 27 kiloqram təşkil edir. Bu ağırlığın robotun bir dəfə şarj olunandan sonra çalışma müddətinə dərəcədə təsir edəcəyi aydın deyil. Robot həmçinin özündə çoxlu sayda kamera ilə sensoru da birləşdirir. Robotun alınması üçün hansısa xüsusi icazənin əldə edilib-edilməyəcəyi bilinmir. Sözügedən qurğunun  bu ilin üçüncü rübündə satışa çıxarılması planlaşdırılır. Onun hansı qiymətə satılacağı isə hələlik məlum deyil.

 

Məşhur şirkət avtomobillərinə ChatGPT tətbiq etdi

Son zamanlar süni intellektə əsaslanan texnologiyaların sürətlə inkişafı ChatGPT chatbotu kimi sistemlərin gündəlik həyatımızın bir hissəsinə çevrilməsinə təkan verib. Bu texnologiya artıq avtomobil brendlərini hərəkətə gətirib. Belə ki, daim yenilikləri ilə rəqiblərini arxada qoyan, dünyanın ən qabaqcıl avtomobil brendlərindən olan "Mercedes-Benzavtomobillərinə ChatGPT chatbot dəstəyi əlavə edib. Bu barədə "Techradar.com" internet portalı  məlumat yayıb.

Şirkət avtomobillərindəki səs köməkçisi ilə ChatGPT-ni inteqrasiya etmək üçün "Microsoft"un Azure OpenAI xidmətindən istifadə edib. O, ilkin olaraq seçilmiş avtomobil modellərində ABŞ müştəriləri üçün üç aylıq beta testinin bir hissəsi kimi təqdim olunacaq.

Avtomobil ChatGPT chatbotunun dəstəyi ilə nəinki  əvvəlcədən proqramlaşdırılmış əmrlərə, həm   istənilən mövzuda olan suallara cavab verir söhbətlər edə bilir. Bundan əlavə, o, danışıq vasitəsilə restoran ya kino bileti rezervasiyası kimi tapşırıqları da yerinə yetirməyə imkan verir.

Bu yenilik onu göstərir ki, süni intellekt texnologiyaları artıq avtomobil sənayesində geniş istifadə olunacaq. Alman avtomobil nəhənginin bu addımı gələcəkdə digər avtomobil brendlərinin ChatGPT-ə bənzəri olan süni intellekt texnologiyalarını avtomobillərinə əlavə etməsinə səbəb ola bilər. Qeyd edək ki, bu yenilik sadəcə, ABŞ-dakı "Mercedes-Benz" avtomobillərinə aid olacaq.

 

Bu ölkədə süni toyuq ətinin satışına icazə verilib

ABŞ Kənd Təsərrüfatı Departamenti  ilk dəfə laboratoriyada heyvan hüceyrələrindən istehsal edilən toyuq ətinin satışına icazə verib. Bununla da  ABŞ Sinqapurdan sonra süni ətin satışına icazə verən ikinci ölkə olub.

Muhalif.com.tr veb saytında yayımlanan xəbərə görə, "Upside Foods" "Good Meat" şirkətləri laboratoriyada yetişdirilən ətləri satmaq üçün ABŞ Kənd Təsərrüfatı Departamentindən icazə aldıqlarını açıqlayıblar. "Good Meat"in verdiyi açıqlamada birbaşa heyvan hüceyrələrindən istehsal edilən toyuq ətinin artıq Amerika istehlakçılarına satıla biləcəyi qeyd edilib. Qeyd edək ki, ABŞ Qida Dərman Administrasiyası (FDA) da daha əvvəl süni ətin yemək üçün təhlükəsiz olduğunu təsdiqləmişdi. Açıqlamada, həmçinin "Good Meat" tərəfindən istehsal edilən ilk toyuq ətinin Vaşinqtondakı  restoranların birində satışa çıxarılacağı bildirilib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin bu addımı heyvanlara verilən zərəri aradan qaldırmağa, heyvan yeminin istehsalının heyvan tullantılarının ətraf mühitə təsirini kəskin şəkildə azaltmağa yönəlmiş ət istehsalının yeni dövrünü açır.

 

Marsın rəngli fotosu təqdim edilib

Mars Express adlı planetlərarası stansiyanın fəaliyyətinin 20 illik yubileyi şərəfinə Avropa Kosmik Agentliyi (ESA) Mars planetinin minimum filtrə sahib 90 ədəd təsvirindən təşkil edilmiş panoram fotosunu təqdim edib. Panoram fotodan məlum olub ki, Mars bir çox insanın düşündüyü kimi, heç tam olaraq qırmızı planet deyil. Panoram fotoda bir çox rəng çalarını görmək olar. Onlardan hər biri Marsın səthi üçün xarakterik olan müəyyən tərkib hissələrini əks etdirir.

Məsələn, qara mavi sahələr vulkanik aktivliyə işarə edirlər. Vulkanik aktivlik zamanı boz-qara rəngli bazalt qumu planetin səthinə yataraq qara geniş laylar formalaşdırır. Külək isə həmin qumları səth üzrə yayaraq böyük ölçülü qum təpələri yaradır. Fotoda həmçinin rəngli ləkələri görmək olar. Onlar sulfat minerallardır. Sulfat çöküntülər ona işarə edirlər ki, zamanında su daha turş şəraitdə yoxa çıxıb. Bu isə o deməkdir ki, Mars hətta okeanlara sahib olduğu bir vaxtda da həyat əlaməti olmayan bir mühiti özündə birləşdirib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".