Əmək yarmarkası  keçirilib
Region

Əmək yarmarkası  keçirilib

İmişli rayonunun Şahmat məktəbində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirildi. Yarmarkada İmişli RİH başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, Mil-Muğan Regional Məşğulluq filialının müdiri İlham Quliyev və işaxtaran vətəndaşlar iştirak ediblər. Yarmarkada çıxış edənlər bildiriblər ki, bu gün rayonumuzda  keçirilən əmək yarmarkası əhalinin məşğulluğunun təmin olunması  istiqamətində işaxtaranlara dövlətimizin növbəti dəstəyidir.

Əmək yarmarkasında  14 müəssisə üzrə 230 vakansiya  təqdim edilib. Vakansiyalar  üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar  üzrə məşğulluqlarının  təmin  edilməsi üçün işlərə başlanılıb. Yarmarkada  həmçinin vətəndaşların  peşə hazırlığına cəlb olunması üçün şərait yaradılıb, əlavə olaraq işə götürənlər üçün xüsusi müsahibə otağı da təşkil edilib. İşğaldan azad olunan ərazilərdəki  vakansiyalar haqqında  da müraciət edənlərə detallı məlumatlar verilməsi üçün xüsusi pəncərə yaradılıb. Bundan  başqa, aktiv məşğulluq  tədbirlərindən olan özünü məşğulluq  haqqında da vətəndaşlar  ətraflı  məlumatlandırılıblar.

           Ərəstun ABDULOV,

  “Respublika”.