Baş nazir Əli Əsədov Monteneqro parlamentinin  sədri ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin  sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22- ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin Azərbaycan-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.