Bu ilin hazırlıq planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkarlanaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.
Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.