DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

POLŞA AVROPANIN ƏN GÜCLÜ ORDUSUNU YARATMAĞI PLANLAŞDIRIR

Polşa Rusiyanın Ukraynada həyata keçirdiyi əməliyyatlara görə Avropanın ən güclü ordusunu yaratmağı planlaşdırır. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə PolşanınGazeta Wyborczanəşrində dərc olunan məqalədə qeyd olunur.

Məlumata əsasən, Polşa Seymində çoxluğa malikQanun ədalətpartiyasının sədri Yaroslav Kaçinski silahlı qüvvələrinin əsgər sayını 300 min nəfərə çatdırmağın zəruriliyini bildirib. Bundan bir il əvvəl Polşanın müdafiə naziri Mariuş Blaşak müvafiq bəyanatı səsləndirib.

Nəşr xatırladıb ki, 2015-ci ildə sözügedən partiya hakimiyyətə gələndə Polşa ordusunun sayı 95 min nəfər olub. Hazırda isə onun sayı 167 min nəfərə çatır.

Bununla yanaşı, silahlı qüvvələrin sayının artırılması Rusiyanın Ukraynada apardığı müharibə, eləcə beynəlxalq münasibətlərdə gərginliyin artması ilə izah olunur. Bildirilir ki, 2035-ci ilə qədər Polşa silah tədarükü üçün 117 milyard dollarlıq sifarişlər verib.

 

ABŞ ÇİNLƏ BIR SIRA ƏLAQƏLƏRI GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR

ABŞ Çinlə kommunikasiya kanallarının genişləndirilməsində, o cümlədən hərbi kommunikasiyaların bərpasında maraqlıdır. “Trendagentliyinin verdiyi xəbərə görə, bunu Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Söhbət ABŞ Çin arasında kommunikasiya kanallarından gedir, onlar müxtəlif səviyyələrdə açıq qalır. onlar açıq qalmalıdır. Əslində, biz ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra Çinin kəsdiyi hərbi kommunikasiya da daxil olmaqla kommunikasiya kanallarının genişlənməsini dərinləşməsini görmək istərdik”, - deyə C.Kirbi vurğulayıb.

Eyni zamanda, Con Kirbi əlavə edib ki, ABŞ prezidenti Cozef Bayden yaxın gələcəkdə Çin prezidenti Si Cinpinlə telefon danışığını gözləyir: “İki lider arasında telefon danışığı hər iki liderin məqsədəuyğun hesab etdiyi vaxtda baş tutacaq”.

 

UKRAYNA TAXILI AVROPALI FERMERLƏRİ QƏZƏBLƏNDİRİB

Ukrayna taxılının Polşa, Macarıstan, Slovakiya Bolqarıstana axını yerli fermerlərin mənfi reaksiyasına səbəb olub. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu fikriForeign Policynəşrinin köşə yazarı Kristina Lyu diqqətə çatdırıb.

Polşa, Macarıstan, Slovakiya Bolqarıstanın Ukrayna taxılının idxalına qadağa qoymasından sonra Avropa İttifaqı qəzəbli Şərqi Avropa fermerlərini sakitləşdirməyə tələsir. Bu narazılıq -nin Ukrayna ilə bağlı həmrəyliyini pozmaqla təhdid edir”, - deyə köşə yazarı bildirib.

Eyni zamanda, məqalədə qeyd olunur ki, ucuz Ukrayna taxılı bazarlara çıxıb yerli fermerlər arasında iğtişaşlara səbəb olub.

Qeyd edilir ki, bir müddət öncə Polşa hakimiyyəti ölkə məhsullarını ucuzlaşdırmamaq üçün iyunun 30-dək Ukrayna ərazisindən kənd təsərrüfatı mallarının idxalına rəsmən qadağa qoyub. Bir neçə gün əvvəl isə polşalı fermerlər 50 traktorla Ukraynadan ərzaq idxalına qarşı etiraz aksiyasına çıxıblar.

Bununla yanaşı, PolşanınFaktnəşri qeyd edib ki, kəndlilər anbarlarında qalan yüzlərlə ton taxılı sata bilməyiblər. Buna səbəb kimi yerli bazarı doldurmuş olan Ukrayna kənd təsərrüfatı məhsulları göstərilib.

 

İRAN ABŞ-DAN MİLYONLARLA DOLLAR TƏZMİNAT İSTƏYİR

Tehran məhkəməsi 2017-ci ildə İŞİD terror qruplaşmasının hücumları nəticəsində dəyən ziyana görə ABŞ-ın İrana 313 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumatı İran Ədliyyə Nazirliyinin “Mizan” agentliyi yayıb.

Məlumata əsasən, məhkəmə ABŞ-ı terror qrupları yaratmaqda və idarə etməkdə günahlandırıb.

Bildirilir ki, Tehran məhkəməsinin qərarına görə, ABŞ terror hücumları nəticəsində ölənlərin ailə üzvlərinə 9 milyon 950 min dollar verməlidir. Həməçinin Vaşinqton İran dövlətinə mənəvi zərərə görə 104 milyon dollar, maddi zərərə görə 199 milyon dollar təzminat ödəməlidir.

Məlumata görə, 2017-ci il iyunun 7-də İranda inqilabın lideri ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu hadisəyə görə İŞİD terror qrupu məsuliyyəti öz üzərinə götürüb.

 

H.AKAR: TERRORÇULARı tam ZƏRƏRSİZLƏŞDİRƏNƏ QƏDƏR İŞİMİZƏ DAVAM EDƏCƏYİK

“Suriyada fəaliyyətimizin tək səbəbi terrorçularla, xüsusilə PKK və İŞİD terror təşkilatları ilə mübarizə aparmaqdır və terrorçuları tam zərərsizləşdirənə qədər işimizə davam edəcəyik”. “Trend” agentliyinin verdiyi xəbərə görə,  bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Moskvada Rusiya, İran və Suriyadan olan həmkarları ilə keçirdiyi dördtərəfli müzakirədən sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Türkiyə regionda sülhü və stabilliyi təmin etmək üçün əlindən gələni etməyə davam edəcək. Hulusi Akar qeyd edib ki, iclas zamanı suriyalı qaçqınların təhlükəsiz şəkildə ölkələrinə qayıtmaları məsələsi də müzakirə olunub.

“Biz suriyalı qardaşlarımız üçün problem yaradacaq qərar qəbul etmərik. Bu, müzakirə mövzusu deyil. Hər kəs bunu bilməli və buna uyğun davranmalıdır. Lap əvvəldən bəri bizim bu məsələdəki mövqeyimiz konkretdir”, - deyə Hulusi Akar vurğulayıb.

Xatırladaq ki, Türkiyənin müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Türkiyə-Rusiya-Suriya-İran dördtərəfli görüşü ilə bağlı aprelin 25-də Moskvaya səfər ediblər.

 

QLOBAL HƏRBİ XƏRCLƏRDƏ REKORD ARTIM MÜŞAHİDƏ OLUNUR

Dünya miqyasında hərbi xərclərdə illik 3,7 faiz artım qeydə alınıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu rəqəm Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2022-ci il üçün tədqiqatının nəticələrində əks olunub.

Bildirilir ki, Rusiyanın Ukraynada apardığı müharibə xüsusilə Avropa ölkələrini hərbi büdcələrinə yenidən diqqət yetirməyə vadar edib. NATO üzvü olan ölkələr 2024-cü ilə qədər milli ÜDM-in 2 faizi həcmində müdafiə xərcləri hədəfinə çatmaq barədə razılığa gəliblər.

Məlumata görə, təkcə ABŞ Ukraynanın müdafiəsinə 47 milyard dollardan çox töhfə verib. Xərclərin birbaşa silahlara yönələn hissəsi ölkəyə görə dəyişir və onun nə dərəcədə effektiv investisiya edildiyini qiymətləndirmək çətin ola bilər.

Hesabata görə, 2022-ci ildə ABŞ-ın rəsmi müdafiə büdcəsi 877 milyard dollar təşkil edib. Bu, qlobal hərbi xərclərin 39 faizini təşkil edir. ABŞ-ın müdafiə büdcəsini artırmağın əsas səbəbi olan Çin, ötən il 292 milyard dollar ayırmaqla ikinci yerdədir.

 

AĞ EVDƏN BAYDENİN YAŞI İLƏ BAĞLI İDDİALARA CAVAB

ABŞ prezidenti Cozef Baydenin yaşı ilə bağlı iddialar dəfələrlə səslənib, lakin o, tapşırıqları yerinə yetirir. “Report” agentliyinin xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.

“Yaş baxımından biz bunu 2020-ci ildə təkrar-təkrar eşitmişik. Lakin onun son iki ildə etdiklərinə nəzər salsanız, görərsiniz ki, işlərin öhdəsindən uğurla gələ bilib”, - deyə Jan-Pyer vurğulayıb.

Mətbuat katibi “Bayden qalib gəlsə, ikinci müddətinin sonuna qədər işləməyi planlaşdırırmı” sualına cavab verməyib.

Xatırladaq ki, Cozef Bayden bu ərəfədə videomüraciət vasitəsilə ABŞ prezidentliyi uğrunda yenidən mübarizə aparmaq niyyətində olduğunu bildirib. Tarixdəki ən yaşlı Amerika lideri növbəti seçkilər zamanı 82 yaşında olacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.