Həyat mənbəyi olan sudan qənaətlə istifadə etməliyik
İQTİSADİYYAT

Həyat mənbəyi olan sudan qənaətlə istifadə etməliyik

Bütün dünyanı sınağa çəkən insanları təhdid edən koronavirus pandemiyası, qlobal istiləşmə, bir çox ölkələri sınağa çəkən ərzaq su qıtlığı, buzlaqların əriməsi digər ekoloji fəsadlar planetimizin başı üzərində kabus kimi dolaşır. Ermənistanın işğalı nəticəsində Qarabağ Şərqi Zəngəzurda mövcud olan bulaqların gözü tutulub, çayların bəziləri quruyub, su mənbələri qəsdən planlı şəkildə sıradan çıxarılıb, bəzi çaylara isə zəhərli tullantılar axıdılır. İşğal illərində gen-bol istifadə etdikləri su mənbələrinə vəhşi yırtıcı münasibət göstərən ermənilər bu torpaqlarda ekoloji tarazlığı pozublar, meşələri qırıblar, təbiətə amansız münasibət göstəriblər.

Qarabağ iqtisadi zonasına daxil Füzuli rayonunda mövcud olmuş su mənbələri işğalçı ermənilər tərəfindən bərbad vəziyyətə salınıb, bir sözlə, bütün infrastruktur dağıdılıb. Qarşıda bizi gözləyən təhlükəni qabaqlamaq üçün sudan səmərəli istifadə edilməsi hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır. Bu məqsədlə Füzuli rayonunda hüquq-mühafizə orqanlarının, rayon icra hakimiyyətinin məsul əməkdaşlarının, aidiyyəti dövlət qurumlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin bələdiyyələrin iştirakı ilə "Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir" mövzusunda müşavirə keçirilib. Müşavirədə son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun yağıntıların xeyli azalması haqqında ətraflı söz açılıb.

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2020-ci il aprelin 15- imzalanmış "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsini, rayon ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsini, su təsərrüfatının məsuliyyətlə idarə olunmasını diqqətə çatdırıb. Qeyd olunub ki, rayon ərazisində mövcud olan su ehtiyatlarının artırılması, istehlakçıların içməli su suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə aidiyyəti qurumlardan ibarət qərargah yaradılıb.

Qeyd edək ki, işğaldan azad ediləndən sonra Füzuli rayonu ərazisində yerləşən, ümumi sututumu 15,5 milyon kubmetr olan 3 ədəd Köndələnçay Su Anbarının magistral kanalların təmir-bərpası işləri həyata keçirilir. Həyat mənbəyi olan sudan qənaətlə istifadə etmək hər birimizin vətəndaşlıq borcudur.

Salman ALIOĞLU,

"Respublika".