Torpaq  məcralı kanallar beton üzlüyə alınır
İQTİSADİYYAT

Torpaq  məcralı kanallar beton üzlüyə alınır

Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, İsmayıllı rayonunda yaz-yay suvarma mövsümü üçün hazırlıqlar yekunlaşmaq üzrədir. Bu məqsədlə İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə rayon ərazisində suvarma kanalları 403 min kubmetr lildən təmizlənib. Çay məcralarında isə 581 min kubmetr təmizləmə işləri aparılıb. 2023- ilin əvvəlindən bu vaxta qədər suvarma kanallarında 32 min kubmetr lildən təmizləmə, 60 min kubmetr çay məcralarında təmizləmə işləri görülüb bu istiqamətdə işlər davam etməkdədir.

Rayon ərazisində 1 ədəd su anbarı 5 ədəd kiçik sututarı var. 3,5 milyon kubmetr su tutumu olan Aşıqbayramlı Su Anbarı vasitəsilə Göyçay Suvarma Sistemləri İdarəsinin balansında olan tutumu 18 milyon kubmetr təşkil edən Yekəxana Su Anbarının doldurulması təmin edilir.

İdarə tərəfindən ötən 2022-ci ildə 38 ədəd hidrotexniki qurğu, 11 ədəd hidrometrik post, 35 ədəd subartezian quyusu cari-təmir olunub Aşağı Zərnava kəndində bir ədəd subartezian quyusu əsaslı təmir olunub. Su itkisinin qarşısının alınması məqsədilə Qəzli-Aşıqbayramlı suvarma kanalı 425 metr beton üzlüyə alınıb. Talıstançayda 560 kubmetr daş-beton bənd işləri görülüb, Göyçayçay-İsmayıllı magistral beton kanalın suqəbuledici qurğudakı qapıları təmir edilib bu il işlər davam etdiriləcək.

Bundan başqa, İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə Uştal, Vəng, Qoşakənd, Çərmədil Qarakolluq kəndlərində subartezian quyuları qazılaraq istifadəyə verilib. 2023- ildə rayonun Hacıhətəmli, Qalagah, Mücəftəran, Tinglik, Diyallı Qubaxəlilli kəndlərində yeni subartezian quyularının qazılması nəzərdə tutulur.

Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi rayonda 8833 hektar suvarılan əkin sahəsinə xidmət edir su xətlərinin tədricən beton kanallarla əvəz edilməsi su itkisinin qarşısının alınmasına xidmət edəcək.

Nəriman CAVADOV,

"Respublika".