Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət
Sosial həyat

Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət

zərbaycanda rəsmi səfərdə olan Moldova Respublikasının Baş naziri xanım Nataliya Qavrilitsa oktyabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, Nataliya Qavrilitsa ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstəsi qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Şəhidlərin xatirəsinə ehtiram

Azərbaycanda rəsmi səfərdə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Nataliya Qavrilitsa Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Moldovanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AZƏRTAC