TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Müxtəlif ölçüdə və miqdarda olan yüklərin daşınması xidmətinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Sona Əliyeva, telefon +994 (55) 500-51-12 və ya [email protected]).

İştirak haqqı: 150.00 (bir yüz əlli) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 150.00 (bir yüz əlli) manat məbləğində iştirak haqqının ödənilməsini yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

2. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı;

3. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;

4. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

5. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);

6. İddiaçının son 3 (üç) illik analoji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar aşağıdakı cədvələ uyğun verilməlidir:

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.05.2022-ci il saat 15:00 tarixinə qədər, tender təklifi və bank təminatı isə 02.06.2022-ci il saat 15:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 03.06.2022-ci il saat 15:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün "Azərpambıq ASK" MMC-nin əməkdaşı Sona Əliyevaya (tel.: +994 (55) 500-51-12, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

LOT 1: məftil və trosların;

LOT 2: sıxacların;

LOT 3: izolyatorların;

satınalınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: hər lot üzrə 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27IBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC "Nəqliyyat" filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 24 may 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əmək haqqı, riskli vergi ödəyicisi olub-olmaması və s. haqqında arayış;

- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat;

- malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyestrdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 31 may 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə, 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54;    e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 01 iyun 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.

Tender "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.


"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ tərəfindən 2022-ci il üzrə dövlət büdcəsi vəsaiti hesabına Tədbirlər proqramlarına uyğun nəzərdə tutulan və Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrini dərman vasitələri, sarğı ləvazimatları və materialları ilə təmin etmək məqsədilə potensial imkanlara (işçi qüvvəsinə, müvafiq işlər üzrə təcrübəyə, aidiyyəti ixtisasa, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxsləri

Açıq tenderə dəvət edir

Lot 1 - Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Tədbirlər proqramları üçün nəzərdə tutulmuş dərmanların, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması.

Tender təklifləri "bal" sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi.

Malların təchizat qrafiki müqavilə qüvvəyə mindiyi vaxtdan 31.12.2022-ci il tarixə kimi nəzərdə tutulmuşdur.

Tenderdə iştirak etmək istəyənlər 03 iyun 2022-ci il saat 17:00 tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər; - qeydiyyatdan keçdiyi ölkə, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və digər hüquqi sənədlərin notarial təsdiq olunmuş surətləri, hüquqi ünvanı və bank rekvizitləri;

- iddiaçının potensial (peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi və s.) imkanlarının olması haqqında məlumat;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (yalnız dərmanlar üçün).

- analoji işlər üzrə bağlanmış müqavilələrin olması;

- Tender Komissiyasının zəruri saydığı digər arayış və sənədlər.

Tenderdə iştirak haqqı ödəməsinə baxmayaraq rəsmi müraciət etmiş iddiaçıların ixtisas uyğunluğu ilkin qiymətləndirilərək tender predmetini əhatə etməyən və ixtisası uyğun olmayan iddiaçılar kənarlaşdırılacaqdır. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderdə iştirak haqqı 1600 manat müəyyənləşdirilmişdir.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Alan: "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ

AZ 91 CTRE00000000000002128215(002741)

Fond 7 maddə 142330

VÖEN 1300242201

Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN: 1401555071

M/h AZ41NABZ 01360100000000003944      

Kod: 210005

SWIFT Bik CTREAZ 22

İddiaçılar Azərbaycan dilində hazırladıqları tender təkliflərini və təklifin 1 (bir) faizi məbləğində Bank təminatını (təklif zərfləri açıldığı gündən sonra azı 60 bank günü ərzində qüvvədə olmalıdır) bağlı zərfdə 13 iyun 2022-ci il tarixdə saat 18:00-a qədər "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-yə (Ünvan: Bakı şəhəri, Hacı-Həsən ŞTQ, Xocasən qəs., ev 3, tel.: 346-11-33, faks: 346-03-16) təqdim etməlidirlər.

Gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə "14 iyun 2022-ci il tarixdə saat 15:00-a kimi açılmamalıdır" sözləri yazılmalıdır. Tender təklifləri açıldığı gündən sonra azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

Tender təklifləri olan zərflər 1

4 iyun 2022-ci il tarixdə saat 15:00-da "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-də açılacaqdır.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.

Əlavə məlumat www.Tender.Gov.az İnternet saytında yerləşdirilmişdir.