TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsərrüfat hesablı təchizat və istehsalat idarəsi müvafiq dövlət proqramı əsasında respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünləri geyim (məktəbli dəsti) ilə təmin etmək üçün hazır məhsulun satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDIR

1. Hazır məhsulun alınması

İştirak haqqı: 350 (üç yüz əlli) manat

Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun şərtləri əsasında keçirilir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas gösçtəricilərinə dair sənədləri 04.05.2022-ci il saat 15:00-dək tender təklifi və bank təminatı sənədlərini 13.05.2022-ci il saat 15:00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 16.05.2022-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.