TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 5 fevral 2019-cu il tarixində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ziyan dəymiş evlərin bərpası üzrə aşağıdakı lotlar üzrə

TƏKLIFLƏR SORĞUSUNA DƏVƏT EDIR

Tender 3 lot üzrə keçirilir:

Lot 1 - Şamaxı şəhəri, S.Bəhlulzadə küçəsində 1 ədəd, Çarhan kəndində 1 ədəd və II Çarhan kəndində 1 ədəd fərdi yaşayış evlərinin bərpası (3 ədəd)

Lot 2 - Şamaxı rayonunda 8 ədəd fərdi yaşayış evlərində bərpa işləri

Lot 3 - Ağsu rayonu, Xatman kəndində dərinliyi 150m olan artezian quyusunun qazılması işləri.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusu və iş həcmlərini Bakı şəhəri, Füzuli küçəsi 69, 5-ci mərtəbə Agentliyin TOOBM-i (Əlaqələndirici şəxs: Dilarə Qasımova, telefon: 512 22 68) ünvanından ala bilərlər.

İştirak haqqı:

Lot 1 - 50 manat

Lot 2 - 150 manat

Lot 3 - 100 manat

TOOBM-in bank rekvizitləri:

A1.Emitet (ödəyən bank) Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWIFT CTREAZ22

FHN TOOBM

Xəzinə hesab kitabı: 2658301-(003272)

H/h AZ22CTRE00000000000002658301

VÖEN: 1500495621

Fond: 7

İqtisadi təsnifat: 142330

Funksional təsnifat:1433

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, lisenziyası;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat zərfdə 17.03.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Füzuli küçəsi 69, 5-ci mərtəbə, (522-ci otaq) ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 18.03.2022-ci il tarixində, saat 11:00-da Füzuli küçəsi 69 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.