Bildiriş
Reklam və elanlar

Bildiriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 16 may 2021-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elan edilmiş “Yanğınsöndürən balon və daşına bilən bel suçiləyicisi”nin satın alınması məqsədilə açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqədə bütün iddiaçı şirkətlərin tender təklifləri əsas şərtlər toplusunun tələblərinə uyğun olmaması səbəbindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən ləğv edilmişdir.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən təkərli yükləyici ekskavator, tırtıllı ekskavator və frontal yükləyicilərin satın alınması məqsədilə 2021-ci il 17 iyun tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 18 iyun tarixdə “Respublika” qəzetində dərc edilmiş təkliflər sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Təkliflər sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının qərarına əsasən “UDT-Texnika” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən buldozerlərin satın alınması məqsədilə 2021-ci il 17 iyun tarixdə dövlət satınalmalarının vahid internet portalında və 2021-ci il 18 iyun tarixdə “Respublika” qəzetində dərc edilmiş təkliflər sorğusu prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Təkliflər sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının qərarına əsasən “UDT-Texnika” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


Astara RİHB-nin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

Əsaslı təmir işlərinin görülməsi elanı düzgün verilmədiyindən 06 avqust 2021-ci il tarixli “Respublika” qəzetində dərc olunmuş elan ləğv olunduğunu bildirir.