Kotirovka
Reklam və elanlar

Kotirovka

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Kompüterlərin satınalınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il iyulun 6-sı saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1132.


“ASK ŞÜŞƏ” MMC avtobusların ehtiyat hissələrinin alınması və təmiri xidmətinin  kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar +99455-226-40-34 telefon nömrəsi və ya [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 06.07.2021-ci il saat 14:00 tarixinədək qəbul olunur. Kotirovka proseduru ilə bağlı zərflərin açılması 06.07.2021-ci saat 16:00-da Qaradağ rayonu, Salyan şosesi, 25 “ASK ŞÜŞƏ” MMC ünvanında keçiriləcəkdir.

Ünvan: Qaradağ rayonu, Salyan şosesi, 25 “ASK ŞÜŞƏ” MMC.


FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

Kotirovkalar sorğusu elan edir

1. Kitabların, jurnalların nəşr və çap işlərinin satınalınması

2. Əşya əmlakının və sanitariya gigiyena vastələrinin alışı

Şərtlər toplusunun alınması və təkliflər 28 iyun 2021-ci il saat 10.00-dək qəbul olunur.

Zərflərin açılışı 29 iyun saat 11.00-da həyata keçiriləcək.

Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8

Tender komissiyası. telefon:0125124108

Elektron poçt ünvanı: [email protected]


Ağdaş Rayon İcra Hakimiyyəti inventar (maddə — 311150 və 311900) və dəftərxana ləvazimatlarının (maddə-221100) kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar (050) 263-35-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Sənədlər 02.07.2021-ci il saat 11:00 tarixədək qəbul olunur.


Azərbaycan Tibb Universiteti “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq Azərbaycan Tibb Universitetinin “Məzunları üçün rəngli metaldan hazırlanacaq döş nişanlarının satınalınması” üçün kotirovka sorğusu keçirir.

Satınalmada iştirak etmək istəyənlər elan dərc olunan gündən 25.06.2021-ci il saat 17:00-dək Azərbaycan Tibb Universitetinin tender komissiyasına müraciət edə bilərlər.

Təkliflər 29.06.2021-ci il saat 11:00-da Azərbaycan Tibb Universitetinin inzibati binasında açılacaqdır.

Ünvan: Bakı şəhəri, Ənvər Qasımzadə 14, əlaqə telefonu: 597-42-60

Əlaqələndirici şəxs: Əhmədov Tağı Rəşid oğlu


“Bakı Konqres Mərkəzi” MMC mərkəzin sutəmizləyici sistemləri üçün duz və xlorun satınalınması məqsədilə kotirovka sorğusu elan edir

Sizin təşkilat tərəfindən təklif olunan qiymət kotirovkaları xidmətlərin qiymət dəyərinə nəqliyyat, sığorta, vergi və digər xərclər nəzərə alınmaqla göstərilməlidir. Təklif edilən malların nümunələri tələb olunacaq.

Malların (işlərin və xidmətlərin) qiymət kotirovkaları (əlavə 2 və 3) təşkilatın təsdiqlənmiş rekvizitləri, dövlət reyestrindən çıxarışı və təşkilatın nizamnaməsi ilə birlikdə  qapalı və 4 tərəfdən möhürlənmiş zərfdə 2021-ci ilin 08 iyul saat 11:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 130 ünvana təqdim etməyinizi  xahiş edirik. Göstərilən tarixdən gec təqdim olunan  zərflər baxılmayaraq geri qaytarılacaq.

Təklifləri qiymətləndirərkən və müqayisə edərkən əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq ediləcək.

Nəzərinizə çatdırırıq ki, təqdim etdiyiniz təklif zərfləri 2021-ci ilin 08 iyul tarixində  saat 12-də açılacaqdır.

Əlaqələndirici şəxs: Emin Rüstəmov.

Əlaqə nömrəsi: +(99450) 273-99-58, e-mail:[email protected]


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı İnzibati binasında yerləşən Çiller-havalandırma  sistemlərinin illik texniki baxım və ehtiyat hissələrin təmin edilməsi xidmətinin göstərilməsi üçün kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 537-01-89 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 25 iyun 2021-ci il saat 15:00 tarixinədək qəbul olunur. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə, ev 118.