Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 132 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 132 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 132 yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 812 min 248 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 min 867 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 576 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 841, bu günə qədər isə ümumilikdə 7 milyon 147 min 186 test icra olunub.

AZƏRTAC