Şərqi Zəngəzurda su təminatının yaxşılaşdırılması işləri
İQTİSADİYYAT

Şərqi Zəngəzurda su təminatının yaxşılaşdırılması işləri

5 iyun Su Təsərrüfatı Meliorasiya İşçilərinin Peşə Bayramı Günüdür

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi yenilməz rəşadətli, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, vətənpərvər xalqımızın dəstəyi ilə 44 gün ərzində ərazi bütövlüyümüz bərpa edildi. Bu zəfərlə biz  20 faiz ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyduq. Qəlbimizdə yüksək qürur hissi yaradan şanlı tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu.

2003- ildən  respublikamıza rəhbərlik edən  Prezident cənab İlham Əliyevin  uzaqgörən, qətiyyətli  praqmatik siyasəti sayəsində bütün sahələrdə yüksək inkişaf mərhələsinə qədəm qoyulduİqtisadi, hərbi siyasi  sahədəki misilsiz uğurlarımız  artıq birmənalı şəkildə dünya dövlətləri tərəfindən qəbul olunur.

Ölkəyə rəhbərliyi  dövründə respublikamızın, o cümlədən kəndlərimizin  sosial-iqtisadi  inkişafı iqtisadiyyatımızın  dünyaya  inteqrasiyasının təmin edilməsi  sahəsində  ölkə  başçısı İlham  Əliyevin  göstərişi ilə  icrası həyata keçirilmiş regionların sosial-iqtisadi inkişafını təmin etmiş Dövlət proqramları çərçivəsində görülmüş  işlərinfrastrukturun  sosial xidmətlərin  daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun maddi rifahının  yüksəldilməsi ilə nəticələnmişdir.

Dayanaqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətəqabliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların  səmərəli istifadəsi ətraf mühitin  etibarlı mühafizəsi məhz bu siyasətin əsasında dayanır. Azərbaycan Respublikasında su ehtiyatları, su təsərrüfatı meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə  ölkə başçısı 30 mart 2023- ildə müvafiq Fərman imzalamışdır. Fərmana əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, "Azərsu" Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir.

Fərmanla müəyyən edilmişdir  ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış tullantı sularının emalı axıdılması sistemlərinin istismarını, eləcə bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Hazırda Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 kilometr suvarma kanalı, 32633 kilometr kollektor-drenaj şəbəkəsi, 1048 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 9578 subartezian artezian quyusu, 2 min kilometrdən artıq sel daşqınlardan mühafizə bəndi, 125 min hektar qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya meliorasiya sistemləri qurğuları fəaliyyət göstərir.

Azərbaycan Respublikasının  Prezidenti   cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin  təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nın  icrası ilə əlaqədar Səhmdar Cəmiyyəti  tərəfindən  səlahiyyətlərinə uyğun olaraq ölkənin əsas su su təsərrüfatı obyeklərində su ehtiyatlarından səmərəli istifadə edilməsi su itkilərinin qarşısının alınması üçün  müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, alternativ mənbələrdən, o cümlədən  təmizlənmiş tullantı  kollektor-drenaj sularından, ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan  sututarların suyundan istifadə məqsədilə ilkin olaraq mövcud 22 ədəd hidroqovşaq suvarma kanallarının  yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasına  layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.

Məlumdur ki, işğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatları Azərbaycanın su imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. İşğaldan əvvəl bu ərazilərdə  9 su anbarı, 7 sututarı, 6426 kilometr suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 8003 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

2022-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidənqurulması məqsədilə Tərtər rayonu ərazisində yerləşən, sututumu 5,86 milyon kubmetr olan Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən, sututumu (23 milyon kubmetr) Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən, sututumu (15,5 milyon kubmetr) olan 3 ədəd Köndələnçay su anbarları magistral kanalların təmir-bərpası uzunluğu 20,2 kilometr olan Tərtərçay Sol Sahil kanalının yenidənqurulması kimi bir sıra tikinti işlərinə başlanılmışdır.

Ötən il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Qubadlı rayonu ərazisində yaradılacaq "Zabuxçay" "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanış olmuş ASC-nin sədri Zaur Mikayılov dövlətimizin başçısına layihələr barədə ətraflı  məlumat vermişdir. Qeyd olunmuşdur ki, aparılmış müvafiq  araşdırmalar əsasında layihələrdə nəzərdə tutulan ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su anbarının yaradılması daha münasibdir. Su anbarının hündürlüyü 40 metr, uzunluğu 615 metr olan torpaq bənddən yaradılması  nəzərdə tutulub. Nəticə etibarilə Qubadlı Zəngilan rayonları ərazisində "Dost Aqro" şirkətinin 1900 hektar, "Azərsun" MMC-nin 3300 hektar, "AzərAqrar" şirkətinin 2500 hektar, "Aqrovay" şirkətinin 2700 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaqdır.

Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra işğaldan azad edilmiş infrastruktur layihələrin təmir bərpasına başlanılmışdır. Görülən işlər çərçivəsində Suqovuşan Xaçınçay su anbarlarındabu anbarlardan çıxan beton kanallarda da əsaslı təmir  işlərinə başlanıldı. İşğaldan əvvəl Suqovuşan su anbarı 7 rayonun 96 min hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edib. İşğal müddətində Xaçınçay, Ağdamkənd, Köndələnçay digər işğalda qalan su anbarları kimi, Suqovuşan da baxımsız qalıb. Nəticədə su sızmalarının sayı artıb. Anbarın yenidən təmiri üçün suyun boşaldılmasına başlanılıb. 5,86 milyon kubmetr tutumu olan anbarın suyu Tərtərçaya axıdılır. Anbar boşaldıqdan sonra  dibinin lildən təmizlənməsi yamacının 20 sm qalınlıqda beton üzlüyə alınması həyata keçirilir. Cari ildə Ağdam rayonunun  Xaçındərbənd kəndi ərazisindəki Xaçın çayının üzərində inşa olunmuş 23 milyon kubmetr  tutuma malik Xaçınçay Su Anbarında da təmir-bərpa işlərinə  başlanılmışdır. Anbarın suyu  boşaldıqdan sonra dibinin lildən təmizlənməsi yamacının beton üzlüyə alınması işləri həyata keçirilir.

Son illərdə Mil-Muğan Hidroqovşağına aid olan  Baş-Mil, Yuxarı-Mil Yeni Xanqızı kanallarında mütəmadi olaraq lildən təmizlənmə işləri aparılır ki, bu da suvarma suyunun maneəsiz itkisiz olaraq əkin sahələrinə çatdırılmasına şərait yaradır. Hazırda bu istiqamətdə işlər davam etdirilir görülən işlər nəticəsində əkin sahələrinin suvarılması kifayət qədər yaxşılaşdırılır.

Füzuli Beyləqan rayonları ərazisindən keçən Baş-Mil kanalıdan Yuxarı-Mil Yeni Xanqızı kanalları ayrılır. Yuxarı-Mil kanalı Füzuli, Xocavənd Ağcabədi rayonlarının torpaq sahələrini suvarma suyu ilə təmin edir. Yeni Xanqızı kanalı isə Beyləqan Ağcabədi rayonlarının əkin sahələrinin su təminatını yaxşılaşdırır. Hidroqovşaq üzərində suyu vaxtında ərazilərə çatdırmaq üçün 6 ədəd seqmentvari qapı var ki, bu qapıların da hər birinin suburaxma qabiliyyəti saniyədə 400 kubmetrdir. Bundan başqa Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində istifadə olunur.

Qeyd edək ki, Hidroqovşaq Baş-Mil kanalı, Yuxarı-Mil kanalı Yeni Xanqızı kanalları vasitəsilə 5 rayona xidmət edir. Hazırda həmin rayonlarda əkilən müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması davam edir.

Şabran Suvarma Sistemləri yeni mövsümdə Şabran rayonunun təsərrüfatlarını vaxtında itkisiz su ilə təmin etmək üçün torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini həyata keçirib. Hazırda Şabranda 19 min hektara yaxın əkinəyararlı torpaq sahəsini suvarmaq üçün 770 kilometr uzunluğunda təsərrüfatdaxili təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Araz Kür çaylarında su səviyyəsinin aşağı düşməsi səbəbindən Sabirabad rayonunun bu çaylar üzərindəki 22 ədəd səyyari dizel nasos stansiyası kollektor kanallara quraşdırılmaqla fermerlərin su təminatı yaxşılaşdırılıb.

Respublikanın bir çox ərazisində olduğu kimi, şimal-qərb bölgəsində son vaxtlar yağıntıların artması çaylarda suyun səviyyəsinin çoxalmasına səbəb olub. Sel gətirən dağ çayların çoxluq təşkil etdiyi Qax rayonunda hazırda ola biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür. Hazırda Kürmük çayında məcra təmizləmə işləri həyata keçirilir. Bununla yanaşı rayon ərazisindən axıb keçən digər dağ çaylarında da bu işlər yerinə yetirilir. Ətraf ərazilərin sel sularından mühafizəsini təşkil etmək üçün daş-beton bəndlərin çəkilişi təmiri işləri aparılır. Selə qarşı mübarizə tədbirləri ilə yanaşı meliorativ tədbirlər uğurla davam etdirilir.

Baş Mil-Muğan Kollektorunda lildən təmizləmə işləri həyata keçirilir. İdarə üzrə ötən il 223 kilometr kollektor drenaj sistemi təmir edilib lildən təmizlənib.   Baş Mil-Muğan Kollektorunda  ötən il olduğu kimi, bu il meliorativ tədbirlər davam etdirilir. Qeyd edək kiümumiyyətlə  Baş Mil-Muğan Kollektorunun əsas məqsədi Mil-Qarabağ Muğan-Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel məişət sularının Baş Mil-Muğan Kollektoru vasitəsilə maneəsiz, heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır.

Respublikanın suvarılan torpaqlarının su təminatının hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması, suvarma normalarının təyin edilməsi, torpaqların şorlaşmasının qarşısının alınması   həyata keçiriləcək zəruri meliorativ tədbirlərin müəyyən edilməsi üçün yeraltı suların səviyyə rejimi minerallıq dərəcəsi üzərində stasionar rejim-müşahidələrinin aparılması, suvarılan torpaqların hidrogeoloji-meliorativ  vəziyyətinin öyrənilməsi olduqca vacib məsələlərdən biridir. Bu işlər Cəmiyyətin Hidrogeoloji-Meliorativ Xidmət  Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi  (HGMX SİMNİ) tərəfindən həyata keçirilir rejim-müşahidə materialları əsasında dövrü hesabatlar xəritələr hazırlanaraq meliorativ tədbirlərin görülməsi üçün Cəmiyyətə təqdim edilir.

Respublikanın suvarılan  torpaqlarının meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görmək, suvarılan  torpaqların hidrogeoloji-meliorativ vəziyyətini onlarda baş verən dəyişiklikləri öyrənmək, torpaqların şorlaşmasının bataqlaşmasının səbəblərini araşdırmaq, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmək onların yaxşılaşdırılması üçün müvafiq tövsiyələr hazırlamaq, səlahiyyətləri daxilində su ehtiyatlarının səmərəli istifadəsi mühafizəsini, hidrotexniki qurğuların təhlükəsizlik dayanıqlı istismarını, eləcə su ehtiyatlarının səmərəli istifadəsinə nəzarəti mühafizəsini təmin etmək Hidrogeoloji-Meliorativ Xidmət Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin (HGMX SİMNİqarşısında mühüm vəzifələr kimi qoyulmuşdur.

Bununla əlaqədar olaraq İdarəmiz tərəfindən suvarılan torpaq sahələrini əhatə edən  rejim müşahidə quyuları şəbəkəsi vasitəsilə, təlimata uyğun rejim müşahidə çöl tədqiqat işləri yerinə yetirilir. Çöl tədqiqatı işləri respublikanın 43 inzibati rayonunda, magistral kanallar kollektorlar üzərində qurulmuş hidrometriya məntəqələrində aparılır.

Hazırda HGMX SİMNİ  tərəfindən suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinə meliorativ sistemlərin texniki vəziyyətinə nəzarət etmək üçün 1443293 hektar suvarılan ümumi torpaq sahəsinin 1348837 hektarında hidrogeoloji-meliorativ xidmətin nəzarəti həyata keçirilir. Nəzarətdə olmayan  94456 hektar torpaq sahələri isə Quba, Qusar, Xızı, Şamaxı, Qobustan, Gədəbəy işğaldan azad edilən  suvarılan ərazilərə aiddir.

Hazırda HGMX SİMNİ hidrogeoloji-meliorativ xidmətin təşkil edildiyi ərazilər faktiki olaraq  Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Arazboyu, Qanıx-Əyriçay, Masallı-Lənkəran, Gəncə-Qazax Samur-Abşeron  massivlərinin suvarılan torpaqlarını əhatə edir. Mövcud rejim-müşahidə şəbəkəsi qrunt sularının yatım dərinliyinin minerallaşma dərəcəsi xəritələrinin tərtib olunmasına, torpaqların meliorativ vəziyitinə nəzarət etməyə, suvarma rejiminin korrektə olunmasına, kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması meliorativ tədbirlərin effektivliyinin artırılması istiqamətində tədbirlərin hazırlanmasına  imkan verir.

Suvarma vegetasiya dövrünün  davam etdiyi hazırkı vaxtda respublikamızın suvarılan torpaqlarının hidrogeoloji-meliorativ  vəziyyəti  üzərində apardığımız tədqiqatlarla müəyyən edilmişdir ki,   hazırda   nəzarətdə olan 1353731 hektar suvarılan torpaqlarının  466505 hektar yaxşı, 766438 hektar kafi, 120788 hektar isə hidrogeoloji-melıiorativ  tədbirlər tələb edən ərazilərdir.

Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996- ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən "Meliorasiya İrriqasiya haqqında" Qanunun imzalandığı 5 iyun tarixi münasibətilə "Meliorator günü" peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı   meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün "Su təsərrüfatı meliorasiya işçiləri günü" peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014- il tarixli yeni Sərəncam imzalamışdır.

Hər il olduğu kimi, bu il "Su təsərrüfatı meliorasiya işçiləri günü" peşə bayramı respublikamızda təntənə ilə qeyd olunur. Mən fürsətdən istifadə edərək bu əlamətdar gün münasibətilə həmkarlarımın hər birini təbrik edir, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsində onlara uğurlar arzulayıram.

Saleh SADIQOV,

Azərbaycan  Meliorasiya Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət

Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin rəisi,

respublikanın əməkdar mühəndisi.