SEPAH-ın terrorçularla əlaqəsi ifşa olundu
Digər xəbərlər

SEPAH-ın terrorçularla əlaqəsi ifşa olundu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri ilə PJAK terror təşkilatının rəhbərləri arasında görüş keçirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Kürd dilindəki videoda bildirilib ki, təhlükəsizlik elə bir səviyyəyə çatıb ki, hətta SEPAH-ın rəsmiləri müxaliflərlə müzakirələr aparırlar. Amma düşünsək ki, SEPAH-ın kürd silahlı dəstələri ilə əlaqələri olduğu iddia edilir, o zaman yayılan video onun PJAK-la işbirliyinin sübutu hesab edilə bilər. Hətta, 2004- ildən bəri İranda PKK-nın əsas silahlı qruplarından biri kimi fəaliyyət göstərən PJAK-ın yaranmasında da SEPAH-ın İran Təhlükəsizlik Kəşfiyyat Nazirliyinin əli olduğu deyilir. İddialara əsasən, rejim özünü zərərçəkən mövqeyində göstərmək üçün belə bir plan qurub. Çünki həmin dövrdə İranla əks qütbdə olan Birləşmiş Ştatlar 11 sentyabr hadisəsini bir növ strateji silaha çevirmişdi. Ev bundan Şərq ölkələrinə hücumları üçün faydalanırdı. İran da Suriya İraqa müdaxilə etmək üçün PKK-nın əsas qanadlarından birini öz ölkəsinə cəlb etmişdi. Bununla, həm Vaşinqtonun planlarını pozmaq, həm beynəlxalq arenada özünü terrordan əziyyət çəkən dövlət kimi göstərmək istəyirdi.

SEPAH-ın PJAK kürd yaraqlılarını yetişdirməkdə məqsədi yalnız Suriya İraqdakı planlarının icra olunması deyil, eləcə Yaxın Şərqin digər ölkələri Cənubi Qafqaza müdaxilə etmək idi. Çünki sözügedən silahlı qruplaşma Güney Azərbaycan, Anadolu hətta Naxçıvana torpaq iddiaları irəli sürür. Üstəlik, PJAK indiyədək Qərbi Azərbaycan əyaləti Türkiyə ərazisində onlarla qanlı silahlı əməliyyat həyata keçirib. Bu faktlardan yola çıxaraq deyə bilərik ki, kürd qüvvələrindən bundan sonrakı dövrdə Türkiyəyə qarşı istifadə oluna bilər.

Cənubi Qafqazla bağlı məsələyə isə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, tarixi mənbələri incələyəndə, 2011-ci ildə İran ordusunun polkovniki Əziz Həsənin PJAK terror təşkilatının ermənilərlə əlaqəsi bu terror təşkilatının İrəvanda təlimlər keçməsi barədə çıxışlarına rast gəlirik. 2015-2016- illərdən başlayaraq isə İranın terror təşkilatını Qarabağda yerləşdirməyə başlamasına dair iddialar da var. Bəzi mənbələrdə qeyd olunur ki, PJAK gələcəkdə Azərbaycana qarşı döyüşmək üçün məhz molla rejiminin nəzarəti altında Qarabağa göndərilmişdi. Halbuki, PKK, YPG, PYD kimi, PJAK da öz missiyasına sadiq qalmalı İranda kürd əməliyyatını yerinə yetirməli idi. Amma Tehranın bu terror təşkilatını Qarabağa daşıdığı barədə iddialar təşkilatın İrana bağlı olmasını bir daha təsdiqləyir. 44 günlük müharibə zamanı da cənub qonşumuzun İrəvana dəstəyi bu versiyanı gücləndirir.

Molla rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə, münaqişə təxribatlar hazırlamaqda davam edir. Son olaraq, İranın ölkəmizdə yeni təşkilat yaratmaq planları ifşa olunub. Artıq "Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı"nın formalaşdırılması ilə bağlı SEPAH-ın nəzarətində olan sosial şəbəkələrdə çağırışlar olunur. Görünür, Ermənistana iqtisadi hərbi dəstək verən Tehran Azərbaycana terror ixrac etməkdə qərarlıdır. Amma ardıcıl olaraq casus şəbəkələrinin aşkarlanması rejimin bu planının da suya düşəcəyinə zəmanət verir.

Tarixə nəzər salsaq görərik ki, molla rejiminin bu davranışları təkcə Azərbaycan, İsrail kimi özünə düşmən gördüyü ölkələri əhatə etmir, heç proses yeni başlamayıb. Belə ki, İslam Respublikasının yarandığı ilk gündən dünyanın müxtəlif yerlərində baş verən siyasi qətllər İranın dövlət siyasətinin tərkib hissəsi olub. İran bütün dünyada terroru fəal şəkildə təbliğ edir, həyata keçirir maliyyələşdirir.

Jalə QASIMZADƏ,

"Respublika".