Radek Smolka: Edilli kəndindəki cəsəd qalıqlarını görəndə Auşvitzi ziyarət edərkən yaşadığım hisslərin eynisini yaşadım
MÜSAHİBƏLƏR

Radek Smolka: Edilli kəndindəki cəsəd qalıqlarını görəndə Auşvitzi ziyarət edərkən yaşadığım hisslərin eynisini yaşadım

 

Buraya gəlmək ürək parçalayan məqamdır. İlk dəfə burada cəsədlərin qalıqlarını görəndə Auşvitzi ziyarət edərkən yaşadığım hisslərin eynisini yaşadım.

Bu sözləri Çexiya Gənclər Assosiasiyasının rəhbəri Radek Smolka oktyabrın 15-də Edillidə aşkar olunmuş kütləvi məzarlığa ziyarət zamanı AZƏRTAC-a açıqlamasında deyib.

"Faciənin daha əvvəl baş verdiyini bilsən də, acını sanki indi baş verirmiş kimi hiss edirsən. Çexiyaya geri qayıdanda mən buradakı reallığı hər kəslə paylaşacağam. Şükürlər olsun ki, ölkəmdə erməni təbliğatı güclü deyil, lakin məhz həmin bu faciə ilə bağlı məlumatları paylaşmaq vacibdir", - deyə o qeyd edib.

R.Smolka bildirib ki, Çexiyadan daha çox insanın buraya səfər etməsi və baş vermiş hadisələri öz gözləri ilə görməsi yaxşı olardı. Bununla da onlar münaqişəni daha yaxşı başa düşərlər.

AZƏRTAC