Qüdrətli müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir
Siyasət

Qüdrətli müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir

Hər bir ölkənin xalqın inkişaf səviyyəsini, həmçinin dövlətin nüfuzunu gücünü müəyyənləşdirən başlıca meyar iqtisadi potensialla yanaşı milli lider amilidir. Belə ki, milli lider fenomeninin yaratdığı mütərəqqi inkişaf strategiyası hər bir dövlətin imkanlarını vahid məqsədlər naminə səfərbər edir, onun sosial-iqtisadi, mənəvi intellektual tərəqqisi üçün etibarlı zəmin formalaşdırır. Xalqlarını aparıcı milli ideyalar ətrafında birləşdirməyi bacaran xarizmatik şəxsiyyətlər məhz bu keyfiyyətləri sayəsində onların taleyində müstəsna rol oynamış böyük müdrikliklə irəli sürdükləri məqsədləri gerçəkləşdirərək ölməzlik zirvəsinə ucalmışlar. Ona görə belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerini tutmuşlar.

Görkəmli dövlət xadimi, dahi siyasətçi kimi ölkədə dünyada böyük nüfuza malik olan Heydər Əliyev Azərbaycan tarixində ümummilli lider statusu qazanmış yeganə qüdrətli şəxsiyyətdir. Xalqımızın böyük oğlu Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə müstəqillik dönəmində liderlik funksiyasını yüksək səviyyədə həyata keçirmişdir. Dövlət rəhbəri olaraq fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycanın problemlərinin həlli, ümummilli ideallarının həyata keçməsi Heydər Əliyevin adı ilə bağlıdır.

XX əsr dünya tarixinin ən parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan ulu öndər müstəqil Azərbaycanın memarı, çağdaş dövlətçiliyimizin qurucusu ölkəmizin dayanıqlı inkişaf strategiyasının müəllifi kimi hər zaman dərin hörmət böyük ehtiramla anılır.

Doğma Azərbaycanını canı qədər sevən, ürəyi daim xalqının xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil inkişafda görmək istəyən Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü gələcək nəsillərə örnək olacaq canlı unudulmaz tarixdir.

Heydər Əliyevin inkişaf strategiyasının tarixi onun 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən başlayır. Həmin il iyulun 14- keçirilən tarixi Plenumda 46 yaşlı Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir bununla da ölkəmizin sosial-iqtisadi inkişafında yeni epoxa başlayır.

Bu dövrədək zəngin iqtisadi potensialının təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdən birini tuturdu. Böyük strateqin o zaman siyasi rəhbərliyə gəlməsi bütün sahələrdə hərtərəfli tərəqqiyə yol açdı. Tarixi anlamda qısa zaman kəsiyini əhatə edən 1969-1982-ci illərdə ulu öndərin dahiyanə zəkası, titanik əməyi çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan inkişaf etmiş iqtisadiyyata malik respublika kimi İttifaq tərkibində öncül sıralara yüksəldi.

Dərin özüllər, neft emalı maşınqayırma zavodları kimi gələcəyə hesablanmış 250-dən çox strateji obyekt istifadəyə verildi, əvvəlki 50 ildə mövcud olmuş 735 iri sənaye müəssisəsinin sayı 1982-ci ildə 1048-ə çatdırıldı 355 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edildi. Bütövlükdə 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki qədər sənaye məhsulu istehsal olundu, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2,5 dəfə artdı 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycanın ümumi daxili məhsulunda sənayenin payı 66 faizə yüksəldi. Həmin illərdə milli gəlir 2,6 dəfə artdı iqtisadiyyatın inkişafına 7,2 milyard manatlıq, yaxud əvvəlki 50 ildəkindən 4,5 dəfə çox kapital qoyuldu. Artıq 1982-ci ildə bu rəqəm 1952-ci ildəkini 30 dəfə üstələyirdi. Respublikanın paytaxtı ilə yanaşı, regionları da nəzərə alınmaqla bütün rayonlarda genişmiqyaslı quruculuq abadlıq işləri həyata keçirildi, çoxlu sayda sosial təyinatlı müasir binalar inşa olundu 20 milyon kvadratmetr mənzil sahəsi əhalinin istifadəsinə verildi.

Bəhs olunan dövrdə 483,4 min şagird yerlik 700-ə qədər orta məktəb binası tikildi, ali məktəblərin sayı 17-, tələbələrinin sayı isə 70 mindən 100 min nəfərə çatdırıldı. Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu ən dəyərli ənənələr sırasında gərəkli ixtisaslara yiyələnmək üçün azərbaycanlı gənclərin ovaxtkı İttifaqın Moskva, Leninqrad kimi şəhərlərin qabaqcıl elm təhsil mərkəzlərinə göndərilməsi təcrübəsi xüsusi yer tutur. Əgər 1969-cu ildə ölkənin digər şəhərlərində təhsilalanların sayı cəmi 67 nəfər idisə, artıq 1980-ci illərin əvvəllərində hər il 1100-1400 aralığında tələbə respublikadan kənarda təhsil almağa göndərilirdi. Beləliklə , bütövlükdə Azərbaycandan kənarda 15 mindən çox yüksəkixtisaslı gənc mütəxəssis yetişdirildi.

Azərbaycanlı hərbi kadrların hazırlanması üçün Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə yanaşı, 1982-ci ildə 1000 nəfərdən çox gənc Sovetlər Birliyinin qabaqcıl ali hərbi məktəblərinə göndərildi.

Həmin illərdə respublika əhalisinin keyfiyyətli tibbi xidmətlərlə təminatının yaxşılaşdırılması məqsədilə 13,5 min çarpayılıq xəstəxana, 13,7 min yerlik poliklinika istifadəyə verildi yeni səhiyyə ocaqlarının həcmi 42,2 faiz artdı.

Ümummilli lideri səciyyələndirən ən parlaq xüsusiyyətlərdən biri onun hər zaman elmə, ədəbiyyata, incəsənətə mədəniyyətə diqqət göstərməsidir. Məhz 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycan elminin mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu.

Ulu öndərin İttifaq dönəmində respublikaya rəhbərliyi illərində ən böyük xidmətlərindən biri xalqımızın milli, mənəvi, mədəni dəyərlərinin qorunub saxlanılması ilə yanaşı, azərbaycançılıq ideologiyasının formalaşması ücün möhkəm zəmin yaratması idi. Bunun bariz nümunəsi kimi 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyasında İttifaqın digər müttəfiq respublikalarından fərqli olaraq Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsini xüsusi vurğulayardım. Düşünürəm ki, Heydər Əliyevin müəllifi olduğu gələcəyimiz üçün əmanət etdiyi azərbaycançılıq məfkurəsi xalqımız üçün ən böyük milli-mənəvi dəyər kimi qiymətləndirilməlidir.

Miqyasına görə, respublikanın şanlı quruculuq salnaməsinin ən dolğun şərəfli səhifələrini təşkil edən 1969-1982-ci illərdə ümummilli lider müdrik uzaqgörənliklə hazırda dünya iqtisadiyyatına sürətlə inteqrasiya edərək qüdrətli dövlətə çevrilən müstəqil Azərbaycanın möhkəm sosial-iqtisadi bünövrəsini yaratdı.

Təbiidir ki, Sovetlər Birliyi dönəmində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar diqqətdən yayına bilməzdi. Keçmiş SSRİ kimi nəhəng fövqəldövlətin tarixində ilk müsəlman kadrı kimi ölkə rəhbərliyinə dəvət olunan ulu öndərin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işlədiyi 1982-1987-ci illər onun dünya siyasətində önəmli yer tutmasını şərtləndirdi.

Azərbaycanın böyük oğlu o illərdə keçmiş Sovet İttifaqının bütün xalqlarının ehtiramını sevgisini qazanmışdı. Baykal-Amur Magistralı kimi İttifaq miqyaslı bir sıra iri sosial-iqtisadi layihələrin uğurla icra edilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuş bu xidmətlər həm tarixin, həm insanların yaddaşında əbədi olaraq qalmışdı.

Ümummilli liderimizin xalqına sonsuz məhəbbəti dünyaşöhrətli siyasi xadimi yenidən doğma vətəni Azərbaycana gətirdi. Sovetlər Birliyi dağıldıqdan sonra Bakıya qayıtmaq istəsə , respublikanın ovaxtkı səbatsız rəhbərliyi hər vəchlə bu qayıdışa mane olmuş, buna görə Heydər Əliyev Naxçıvanda yaşamağa dövlətçiliyə xidmət etməyə davam etmişdi.

Naxçıvana qayıdışı o zaman blokada şəraitində olan Muxtar Respublikanı xilas etmişdi. SSRİ-in dağılması, keçmiş əlaqələrin qırılması, müharibə şəraiti, talançılıq, bacarıqsızlıq səriştəsizlik Azərbaycan iqtisadiyyatını iflic vəziyyətinə salmışdı. Sovet dövrünün son dörd müstəqiliyin isə ilk iki ilində Azərbaycan xalqı dağılma fəlakətlərlə üz-üzə qalmışdı. Nəhayət, xalq bütün bunlardan cana doyaraq bu çətin mürəkkəb dövrdə öz xilaskarına üz tutdu onu təkidlə siyasi hakimiyyətə dəvət etdi.

Xalqımızın sağlam qüvvələri ziyalılar Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda rəhbərliyi öz əlinə götürməyə xalqımızı düçar ola biləcəyi bəlalardan xilas etməyə çağırdılar. Bunun ən demokratik yolu isə təbii ki, yeni bir partiyanın yaranmasından keçirdi. 1992-ci il oktyabrın 24- ziyalıların müraciətinə cavab məktubunda ulu öndər mövcud reallıqları dərindən təhlil edərək belə bir partiyanın yaranmasına razılıq verdi. Beləliklə noyabrın 21- Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni dövrün başlanğıcı qoyuldu.

Yarandığı gündən cəmi yeddi ay sonra iqtidar partiyasına çevirilən Yeni Azərbaycan Partiyası ortaya qoyduğu fəaliyyət nümunəsi ilə, dövlətimizin xalqımızın maraqlarını ən yüksək səviyyədə müdafiə etməklə ümumxalq partiyasına çevrildi. 1993- ilin böhranlı yayında xalqın təkidli xahişi ilə Bakıya qayıdıb, ikinci dəfə öz respublikanın taleyinin məsuliyyətini üzərinə götürən Heydər Əliyev dahiyanə bir zəka iradə ilə xilaskarlıq missiyasını həyata keçirdi.

Ulu öndər qısa müddətdə hakimiyyəti möhkəmləndirdi, siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, xarici əlaqələri səhmana saldı, cəbhədə atəşkəsə nail oldu. Bütün bunlarla o, dövlət suverenliyinin dönməzliyinə təminat yaradacaq quruculuq işlərinə başladı ölkənin iqtisadi həyatında taleyüklü dəyişikliklərin əsasını qoydu.

Ölkənin əsas təbii sərvəti olan neftin yüksək texnologiyalar əsasında çıxarılmasını təmin etmək üçün 1994- il sentyabr ayının 20- dünyanın 8 aparıcı ölkəsinin 13 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi" adını almış möhtəşəm layihə imzalandı. Ardıcıllıqla neft-qaz hasilatı üzrə 19 ölkənin 41 şirkətini əhatə edən daha 26 layihəyə start verildi, nəhəng transmilli ixrac kəmərləri çəkilməyə başladı. Bunlara nail olmaqla ulu öndər Azərbaycanın bugünkü gələcək uğurlarının möhkəm bünövrəsini qoydu ki, bu da onun yalnız öz xalqı üçün deyil, həm bəşəri miqyasda xidmətlərindəndir.

Ümumilikdə, 1995-2003- illəri əhatə edən dirçəliş mərhələsində Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, Avropa Şurasına üzv qəbul olundu, ölkəmizlə 40-a yaxın ikitərəfli sazişlər imzalandı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri quruldu.

Sosial-iqtisadi intibahın real nəticələri olaraq 1995-2003- illər ərzində iqtisadiyyata yönəlmiş investisiyaların həcmi 20 milyard dollara çatdı, ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3, ölkənin valyuta ehtiyatları 85, sənaye 25,2, kənd təsərrüfatı 53,9 faiz, orta aylıq əməkhaqqı 5,1 dəfə artdı.

Ümummilli liderin yaratdığı Azərbaycanın hərtərəfli inkişaf modeli sayəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Öz şərəfli möhtəşəm fəaliyyəti ilə Heydər Əliyev müasir Azərbaycan dövlətini qurdu onun idarəçilik mexanizmini formalaşdırdı. Biz bu gün böyük iftixar, qürur hissi ilə deyirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir.

Bu gün tam əminliklə qətiyyətlə söyləmək olar ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərin sosial-iqtisadi inkişaf kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. Ümummilli liderin siyasi irsini yaşadan Yeni Azərbaycan Partiyası respublikanın yeniləşmə tərəqqi yolu ilə yüksəlişinin önündə gedir.

Ulu öndərin adını ləyaqətlə daşıyan, gələn il yaradılmasının 20-ci ildönümünü qeyd edəcəyimiz, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gerçəkləşdirdiyi çoxsaylı layihələrlə müasir həyatımızın bütün sahələrinin inkişafına öz dəyərli töhfələrini verməkdədir.

Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli liderimiz illər öncə böyük uzaqgörənliklə deyirdi: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun".

Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin vəsiyyətini onun layiqli varisi, Müzəffər Ali Baş Komandanımız, Qüdrətli Sərkərdəmiz cənab İlham Əliyev ləyaqətlə yerinə yetirdi ölkəmizin ərazi bütövlüyü Vətən müharibəsində qazanılan Zəfər Qələbəsi nəticəsində hərbi-siyasi yolla bərpa olundu. Bu gün üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanır.

Hazırda doğma Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə bütün müasir standartlara cavab verən nəhəng infrastruktur layihələri, genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir.

Sadaladığım bu digər faktlar ümummilli liderimizin amallarının həyata vəsiqə alması deməkdir. Qazanılan yüksək nailiyyətlər, bu günün müzəffər, güclü qüdrətli Azərbaycanı məhz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi cənab İlham Əliyevin müdrikliklə zənginləşdirərək həyata keçirdiyi mükəmməl strategiyanın bəhrələridir.

Biz tam əminik ki, Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha möhtəşəm uğurlar qazanacaq daha uca zirvələr fəth edəcək.

Ağalar VƏLİYEV,

Milli Məclisin deputatı.