İyunun 25-də Azərbaycanda koronavirusa qarşı 72 mindən çox vaksin vurulub
Səhiyyə

İyunun 25-də Azərbaycanda koronavirusa qarşı 72 mindən çox vaksin vurulub

İyunun 25-də Azərbaycanda yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 72 min 301 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 972, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 36 min 329 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 218 min 651-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 70 min 526, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 148 min 125 nəfərdir.

AZƏRTAC