İqtisadiyyat naziri Qubada vətəndaşları qəbul edəcək
Region

İqtisadiyyat naziri Qubada vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov martın 11-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinın inzibati binasında (ünvan: Quba şəhəri, Yeni körpü, 1) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin "195" Çağrı mərkəzində və ya rəsmi internet səhifəsindəki "Müraciətlər/vətəndaşların qəbulu/ qəbula yazılın" bölməsində müvafiq qeydiyyatdan keçməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər (https://e-services.economy.gov.az/murac/seyyarQebulForm.aspx). Qəbula qeydiyyat martın 10-u saat 18:00-da başa çatır. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

AZƏRTAC