Dekabrın 9-da Azərbaycanda COVID-19 əleyhinə 300 doza vaksin vurulub
Səhiyyə

Dekabrın 9-da Azərbaycanda COVID-19 əleyhinə 300 doza vaksin vurulub

Dekabrın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 300 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 113, ikinci doza vaksinlərin sayı 26, üç və daha çox doza vaksinlərin sayı 132, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 925 min 234, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 660, ikinci mərhələ üzrə 4 milyon 874 min 639, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 392 min 762, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 173-dür.         

 

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 444 nəfər müalicə olunaraq sağalıb, 9 min 984 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 348, indiyə qədər isə ümumilikdə 7 milyon 391 min 267 test icra olunub.