Bu gün COVİD-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Səhiyyə

Bu gün COVİD-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 16-da Azərbaycanda 251 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 794 min 483, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 420 min 144, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 374 min 339 nəfər təşkil edir.

AZƏRTAC