Bu gün COVID-19 əleyhinə 61 min dozaya yaxın peyvənd vurulub
Səhiyyə

Bu gün COVID-19 əleyhinə 61 min dozaya yaxın peyvənd vurulub

Oktyabrın 2-də Azərbaycanda 60 min 630 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15 min 293, ikinci mərhələ üzrə isə 45 min 337 nəfər olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 683 min 990, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 794 min 136, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 889 min 854 nəfər təşkil edir.

AZƏRTAC