Azərbaycanda bu günə COVİD-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Səhiyyə

Azərbaycanda bu günə COVİD-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 2-də Azərbaycanda 844 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 41 min 622, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 924 min 126, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 117 min 496 nəfər təşkil edir.

AZƏRTAC