Azərbaycan Səhiyyə Nazirliyində İsrailin Holon Texnologiya İnstitutunun (HIT) rəhbərliyi ilə görüş
Səhiyyə

Azərbaycan Səhiyyə Nazirliyində İsrailin Holon Texnologiya İnstitutunun (HIT) rəhbərliyi ilə görüş

İsrailin nüfuzlu universitetlərindən biri olan Holon Texnologiya İnstitutunun (HIT) nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.

Respublika-news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir.

Teymur Musayev səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğuladı: “Süni intellekt və rəqəmsallaşmanı mənimsəyən həkimlərin yetişdirilməsi Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərindən biridir. Rəqəmsal səhiyyə dünyada səhiyyə sistemlərində bir çox problemlərin həlli üçün böyük potensiala malikdir. Səmimi qəbula görə minnətdarlığını bildirən HİT-in prezidenti Eduard Yakubov Holon Texnologiya İnstitutunun tibbi təhsil, səhiyyənin rəqəmsal transformasiyası, telesəhiyyə və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Nəzrin CAVADZADƏ.