Ağstafa Rayon Mərkəzi Xəstəxanasında saxta COVID-19 pasportunun verilməsi ilə bağlı cinayət işi başlanıb
Region

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında saxta COVID-19 pasportunun verilməsi ilə bağlı cinayət işi başlanıb

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında COVID-19 pasportunun qanunsuz verilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırma ilə həmin xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda həmin cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC