2021-ci ilin 10 ayında ən yüksək  ipoteka krediti
İQTİSADİYYAT

2021-ci ilin 10 ayında ən yüksək  ipoteka krediti

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (IKZF) xətti ilə 2021-ci ilin 10 ayı ərzində vətəndaşlara Fondun fəaliyyət dövrü ərzində illər üzrə ən yüksək məbləğdə və sayda ipoteka krediti verilib. Bu barədə Fondun məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, Fondun xətti ilə cari ilin yanvar ayından bu günədək müvəkkil banklar tərəfindən 4538 sayda 300 mln. manat məbləğində ipoteka kreditinin verilməsi təmin edilib. Ümumilikdə, 2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 940 mln. manatı, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb. 

Bəybala BƏYBALAYEV,

“Respublika”.