Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 889 nəfər müalicə olunaraq sağalıb, 9 min 943 nəfər vəfat edib. Aktiv xəstə sayı 317 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1766, indiyə qədər isə ümumilikdə 7 milyon 315 min 522 test icra olunub.

AZƏRTAC